Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Sizdə xüsusi maraq oyatmayan işlərlə məşğul olmayın. Əgər nəyisə həvəssiz edirsinizsə, heç bir nəticə əldə etməyəcəksiniz. Ancaq əgər doğrudan da görmək istədiyiniz işlə məşğulsunuzsa, o zaman hər şey dəyişir - maneələr yaransa da, şərait pisləşsə də, istədiyinizi əldə edirsiniz.
Yüksək vəzifəli şəxslərlə, gələcəyinizin birbaşa asılı olduğu adamlarla görüşmək olar. Pul ala bilərsiniz. Xərclərinizi azaldın. Maliyyə ilə bağlı hər bir məsələdə riskdən qaçın.
Buğa - Danışıqların aparılması üçün münasib gündür. İstənilən adamı əsəbləşdirmədən və ona heç bir təzyiq göstərmədən haqlı olduğunuza inandırmağa qadirsiniz. Xanım Buğaların diplomatik xüsusiyyətləri daha güclüdür.
Enerjiniz çoxdur. Əhvalınız gözəl olacaq. Ehtiyacı olan hər kəsə kömək edir və buna görə heç nə ummursunuz. Yaradııcılıqla məşğul olmaq, orijinal ideyaları gerçəkləşdirmək olar. Müstəqil çalışmağa üstünlük versəniz, pis olmaz.
Əkizlər - Enerjiniz çoxdur. Uzun müddət yolunuzu kəsən maneələri aşa, çoxdankı rəqiblərinizə üstün gələ bilərsiniz. Ancaq gücünüzü düzgün qiymətləndirib vaxtında dayanmağı da bacarasınız gərək. Əgər təklikdə öhdəsindən gələ biləcəyinizi düşünmürsünüzsə, heç bir işə qol qoymayın.
Günün ikinci yarısı ev işləri ilə məşğul olun. Yaşadığınız yeri yeniləyə, mebel, yaxud məişət texnikası ala bilərsiniz. Uzaqlarda yaşayan dostlarınızdan xoş xəbərlər ala bilərsiniz.
Xərçəng - Yorulmaq bilmirsiniz, yeni işlərdən həvəslə yapışır, mürəkkəb məsələləri həll edirsiniz. Əgər qarşınızda hansısa məqsəd qoymusunuzsa, ona çatmaq üçün sizə heç nə mane ola bilməz. Vacib məsələləri qeyri-formal şəraitdə müzakirə etmək lazımdır.
Maliyyə vəziyyətiniz yaxşıdır. İri alış-veriş edə bilərsiniz. Bahalı zinət əşyaları da almaq olar - seçiminizdə yanılmayacaqsınız. Romantika ilə bağlı hər bir məsələni günortaya saxlayın. Axşam təklikdə qalmaq istəyəcəksiniz - bu, yaxşı fikirdir, həm fiziki, həm mənəvi güc toplamaq olar.
Şir - Hərəkətlərinizdə ardıcıllığı gözləmirsiniz. Bu, ciddi uğursuzluqlara səbəb olmasa da, işlərinizdə güclü ləngimə yarada bilər. Başqalarının işlərinə qarışmamağa, sizə aidiyyatı olmayan mübahisələrə qoşulmamağa çalışın. Lazımsız söhbətləri vaxtında kəsmək, xoşunuza gəlməyən təkliflərə yox demək vacibdir.
Uzunmüddətli planlar qura, onların reallaşdırılması üçün müxtəlif yollar axtara bilərsiniz. Həm işdəki hadisələrin, həm də şəxsi münasibətlərinizin inkişafını proqnozlaşdıra biləcəksiniz.
Qız - Şəxsi münasibətlərdə qarışıqlıqdan qaçın - hamıya şəraitin tam aydınlığı gərəkdir, ilk növbədə də sizə. Uğura güvənməyin: bu gün nəsə əldə etmək istəyirsinizsə, tər töküb zəhmət çəkməlisiniz. Dəstəyinə güvəndiyiniz adamlar bu gün sizə kömək etməkdən imtina edə bilərlər.
Dostlarınız və qohumlarınızın qayğısına qalmalı olacaqsınız, onlar öz problemlərini həll etməkdə çətinlik çəkirlər. Səfərlərdə ehtiyatlı və diqqətli olun: anlaşılmazlıqlar, xoşagəlməyən hadisələr baş verə bilər.
Tərəzi - Uğurlu gündür. Məqsədlərinizə çatmaq üçün əziyyət çəkməli olmayacaqsınız. Yaxınlarınızla münasibətləriniz yaxşılaşmaq üzrədir. Sizin problemlərinizə laqeyd yanaşan insanlar bu gün yumşalıblar və sizə kömək etməyə hazırdırlar.
Təşəbbüs göstərmək, ideyalarınızla bölüşmək olar. Hadisələrin inkişafı çoxdankı bir arzunuzu gerçəkləşdirməyə imkan verəcək. Maliyyə baxımından çox uğurlu gündür, əlinizə xeyli pul gələcək. Bahalı əşyalar ala bilərsiniz.
Əqrəb - Bir yerdə duruş gətirmirsiniz. Hərəkət etmək, iş görmək, həyatınızda nələrisə dəyişmək arzusundasınız. Ancaq o qədər də qərarlı deyilsiniz: çox xırda bir maneə sizi gördüyünüz işdən soyutmağa qadirdir. Bir qədər inadcıl olsanız, nəticəsinə özünüz də təəccüb edəcəksiniz.
Qohumlarla görüşün, ailə tədbirlərinə qatılın. Küsənləri barışdıracaq, inciklikləri aradan qaldıra biləcəksiniz. Axşamı yaradıcılığa həsr edə bilərsiniz. Həmfikirlərinizlə ünsiyyət faydalı olacaq.
Oxatan - Asan və xoş ünsiyyət bol olacaq. İşlərdə hansısa irəliləyiş olmasa da, gününüzü yaxşı keçirəcəksiniz. Həm özünüz, həm yaxınlarınız üçün əyləncələr fikirləşib tapırsınız, yanınızda olanların darıxmağa vaxtı olmur. Gözlənilməz kəşflər edə, xoş sürprizlərlə qarşılaşa bilərsiniz.
Gələcəyə nikbinliklə baxır, xırda qələbələrinizə uşaq kimi sevinirsiniz. Özünüdən gənc insanlarla ünsiyyət xoş keçəcək. Aşiq olmaq ehtimalınız var. Alış-verişə çıxmaq olar.
Oğlaq - Sakit şəraitdə istirahət etməyə çalışın. Ağır fiziki iş görməyiniz məsləhət deyil, uzun səfərlərdən, yorucu işlərdən çəkinin. Sağlamlaşdırıcı və profilaktik prosedurlardan keçməyiniz faydalı olar. Sağlam qidaya üstün verin.
Gözlənilməz və çox xoş bir görüş sizi sevindirəcək. Ancaq bu görüşə çox diqqət ayırmağınız məsləhət deyil - o, ötəridir və nə qədər istəsəniz də ciddi davamı olmayacaq.
Dolça - Yeni, orijinal və ekstravaqant ideyalarınız çox olacaq. Bir çox işləriniz asanlıqla alınır, hərdən çətinliklər yaratsa da, bu sizi qorxutmur. Çox vacib bir işdən söhbət gedirsə, bütün gücünüzü toplayıb onun alınması üçün sərf edirsiniz. Mübahisələri heç kimin xətrinə dəymədən qazana bilirsiniz.
Maraqlı təkliflər ala bilərsiniz. Bunlar çox xoşunuza gələn adam tərəfindən edilə bilər. Qiymətli hədiyyə ala bilərsiniz. Alış-verişiniz də uğurlu olacaq. Axşam maraqlı müsahiblə rastlaşacaqsınız.
Balıqlar - Sizi xeyli görüş və danışıqlar gözləyir. Bunların heç də hamısı xoş olmur. Şıltaq, tez özündən çıxan adamlarla söhbətdə təmkininizi qoruyub saxlaya bilirsiniz. Valideyn Balıqların başı uşaqlarının problemlərinə qarışacaq: övladlar müstəqillik istəyir, valideynlər isə bunu bəyənmirlər.
Maraqlı ideyalarınız var, amma onları reallaşdıra biləcəyinizdən əmin deyilsiniz. Axşam vacib xəbərlər ala bilərsiniz.
Milli.Az