Qoroskop

Bu BÜRCƏ hər kəs gözüyumulu inana bilər

2 Mart 2025 13:41
Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astrologiya dünyasında ən dürüst və etibarlı bürcün hansı olduğu barədə mübahisələr çoxdur. Lakin astroloqlar arasında belə bir fikir formalaşıb ki, bütün bürclər arasında birinə tam etibar etmək mümkündür.

Milli.Az xəbər verir ki, söhbət Buğalardan gedir.

Buğalar sədaqətləri, dürüstlükləri və dözümlülükləri ilə seçilirlər. Onlar sözlərini havaya sovurmur, verdikləri vədlərə sadiq qalır və həmişə ədalətli davranmağa çalışırlar. Əgər Buğa söz veribsə, onu yerinə yetirmək üçün əlindən gələni edəcək.

Buğa bürcünün digər mühüm xüsusiyyəti yalan və xəyanətə qarşı barışmaz münasibətidir. Onlar səmimiyyəti və açıq münasibətləri yüksək qiymətləndirir və özləri də manipulyasiyalara meyilli deyillər. Buğanın dostları və yaxınları bilirlər ki, ona ən gizli sirrlərini belə etibar edə bilərlər - o, onları qoruyacaq.

Şübhəsiz ki, hər bir bürcün öz güclü tərəfləri var. Lakin məhz Buğalar ən çox çətin anlarda yanında qalan və etibarı sarsıtmayacaq insanlar olur. Əgər ətrafınızda Buğa bürcü nümayəndəsi varsa, bilin ki, ona arxalana bilərsiniz!  /BAKU.WS

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.