Bu həftə pullanacaq bürclər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ntv-yə istinadla türkiyəli astroloq Gülnihal Öztürkün həftəlik bürc proqnozunu təqdim edir:
Qoç Bürcü: Bu həftə ətrafınızdakı insanlarla əlaqələriniz sıxlaşır. Səyahətlər mövzusunda yoğun bir gündəminiz ola bilər. Kirayə müqavilələri, müqavilə məsələləri prioritetinizdə ola bilər. Ailənizdən dəstək almaq və ya ev işlərinizlə məşğul olmaq əsas mövzunuz ola bilər. Eşq həyatınız olduqca hərəkətli olacaq, partnyorunuzla çox əyləncəli həftə keçirə bilərsiniz. Yaradıcı tərəfiniz ön planda olacaq. Həftə sonu sağlamlığınıza daha çox diqqət etməlisiniz. İş həyatında vacib inkişaflar proqnozlaşdırılır.
Buğa Bürcü: Bu həftə maliyyə vəziyyətiniz, resurs idarəniz ön planda olacaq. Həyat yoldaşınızla bağlı məsələlər prioritetdə ola bilər. Səyahət və yer dəyişmə məsələləri yorucu ola bilər. Bu həftə vaxtı bölüşdürmək baxmından çətinlik çəkəcəksiniz. Həıftə ərzində immunitetinizə diqqət etməyiniz vacibdir, gələn həftədən etibarən sağlamlıqla çətin vəziyyətlər yarana bilər.
Əkizlər Bürcü: Bu həftə fikirlərinizi və hislərini ifadə etmək sizin üçün çox vacib olacaq. Bazar ertəsi özünüzdən gözləntiniz olduqca yüksək olacaq. Bu həftə özünüzlə yarışmaq istəyəcəksiniz. Həyat yoldaşınızla bağlı məsələlər gündəminizdə ola bilər. Məsuliyyətləriniz barədə başqalarından yardım ala bilər, ailənizdəki insanlarla daha çox görüşməli ola bilərsiniz. Həftə sonu səyahətlər və turlar ön planda olacaq.
Xərçəng Bürcü: Bir müddət sizi düşündürən məsələləri həyat yoldaşınızla danışmaq və paylaşmaq istəyəcəksiniz. Münasibətinizdəki problemləri həll etmək üçün hərəkətə keçə bilərsiniz. Maliyyə baxımından xərcləmələrinizdə sərhədsiz davranmaq maliyyə vəziyyətinizi pisləşdirə bilər.
Şir Bürcü: Bu həftə dostlarınız və sosial həyatınızla bağlı məsələlər ön planda olacaq. Başqalarının ehtiyaclarına diqqət yetirə bilərsiniz. Həftənin ikinci günündə sağlamlığınızla bağlı özünüzü yorğun hiss edə bilərsiniz. Həftə sonuna doğru imic dəyişiklikləri, şəxsi baxım məsələləri gündəminizdə ola bilər. Evliliyinizlə bağlı gərgin bir proses yaşana bilər.
Qız Bürcü: Bu həftə karyeranızla bağlı addımlar ata bilərsiniz. İş yoldaşlarınızla rəqabət baxımından gərginlik yarana bilər. Bu həftə çağırıldığınız dəvətlərə qatılın. Həftə sonuna doğru özünüzə çəkilmək istəyəcəksiniz. Qəzəbinizi idarə etməkdə çətinlik çəkə bilərsiniz. Bu həftə başqaları ilə ünsiyyət qurarkən özünüzü sıxılmış hiss edə bilərsiniz. Həftə sonunu özünüzə ayıraraq şəxsi baxım məsələləri ilə məşğul ola bilərsiniz.
Tərəzi Bürcü: Bu həftə təhsil və səyahət məsələləri gündəminizdə olacaq. Ailənizlə əlaqədar sizi məhdudlaşdıran, mənfi təsir edən məsələləri ifadə edib həll etməyə çalışacaqsınız. Karyera həyatınızda uğurlu bir həftə sizi gözləyir. Dostlarınızın təşkil etdiyi tədbirlərdə iştirak edəcək, onlara kömək etmək istəyəcəksiniz. Həftə sonu yorğunluğunuzu atmaq üçün tək qalmaq istəyəcəksiniz.
Əqrəb Bürcü: Bu həftə maliyyə məsələləri, xərclərinizlə bağlı addımlar ata bilərsiniz. Qohumlarınızla əlaqədar məsələlər prioritetinizdə ola bilər. İmtahanlar, imtahan uğurları, xarici əlaqəli işlərdə problemlər, uğursuzluqlar yaşana bilər. Lakin maaş və qazanc baxımından öz şansınızı yarada bilərsiniz.
Oxatan Bürcü: Bu həftə həyat yoldaşınız, ortaqlarınızla əlaqədar məsələlər ön planda olacaq. Danışmaq, anlaşılmaq istəyəcəksiniz. Ticarət, alqı-satqı işləri, maliyyə məsələlərini yaxından izləmək istəyəcəksiniz. Səyahət, təhsil və yeni fikirlər ortaya qoyaraq fəaliyyətə keçə bilərsiniz. Evinizlə bağlı yeniliklər edərək, köçmək kimi məsələlər gündəminizdə ola bilər. Karyera həyatınızda və işçilərinizlə əlaqələrdə çox müsbət uğurlar əldə edə bilərsiniz. Dieta və idmanla bağlı yaxşı nəticələr əldə edə bilərsiniz.
Oğlaq Bürcü: Bu həftə sağlamlığınız, ümumi görünüşünüz və qidalanmanızla bağlı yeniliklər edəcəksiniz. Həyat yoldaşınız və ortaqlarınızla əlaqədar məsələlər ön planda olacaq. Onların həyatını tənzimləmək üçün hərəkətə keçə bilərsiniz. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq, satışlardan gəlir əldə etmək və ticari işlər prioritetinizdə olacaq. Həftə sonu səyahətlər, xarici əlaqələr və təhsil məsələləri önə çıxa bilər.
Dolça Bürcü: Bu həftə eşq həyatınız və uşaqlarınızla bağlı məsələlər ön planda olacaq. Günlük rutinlərinizi dəyişəcək iş həyatınız hərəkətə keçəcək. Şəriklərinizlə bəzi gərginliklər yaşana bilər. Həyat yoldaşınızla əlaqənizdə anlaşmaq çətin ola bilər. Həftə sonu qazanc məsələləri, mühasibat yoxlamaları gündəminizdə ola bilər.
Balıq Bürcü: Bu həftə ev və ailənizlə bağlı məsələlər ön planda olacaq. Uşaqlarınızın gündəlik nizamını təmin etmək, həyat yoldaşınıza zaman ayırmaq üçün bəzi fədakarlıqlar etməli ola bilərsiniz. Sağlamlığınıza diqqət etməlisiniz, qızdırma xəstəlikləri və ürək problemləri sizi çətinləşdirə bilər. Həftə sonu həyat yoldaşınızdan dəstək alıb onunla vaxt keçirmək sizi yaxşı hiss etdirəcək.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
XƏBƏR LENTİ
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası





