Texnologiya

Facebook bu gecə adını dəyişəcək

28 Oktyabr 2021 22:34
3 Şərh     Baxış: 4 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecədən etibarən Facebook adını dəyişərək "Meta" olacaq.

Milli.Az bildirir ki, Facebook-un sahibi və icraçı direktoru Mark Zukerberq bunu şirkətin rebrendiniqin təqdimatında deyib.

"Facebook" "metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün adını dəyişdirir", - Zukerberq deyib.

Məlumata görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

Beləliklə, şirkət Facebook-un sadəcə sosial şəbəkə yox, həm də WhatsApp, Instagram, Oculus və digər aktivlərin sahibi olduğunu göstərmək niyyətindədir.

İyul ayında Facebook bəyan etmişdi ki, virtual (VR) və əlavə olunmuş (AR) reallıqlar çərçivəsində layihələrlə məşğul olan "Facebook Reality Labs" üçün "metakainat" yaradacaq komandaya mütəxəsisslər yığır.

Facebook-un AR və VR texnologiyaları departamentinin rəhbəri, vitse-prezident Endryu Bosvortun dediyinə görə, rəqəmsal dünyalar toplusu olacaq metakainat artıq indi var: "Onun müəyyənedici xüsusiyyəti insanın rəqəmsal məkanda yanında olduğunu hiss etməkdir".

Ad dəyişikliyinin Facebook sosial şəbəkəsinə aidiyyəti yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.