Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" yenilikləri ilə istifadəçilərini sevindirməyə davam edir.
Milli.Az unikal.org-a istinadən bildirir ki, "Android" və "iOS" mobil tətbiqlərdə səsli və videozəngləri çoxdan dəstəkləyən messencer bu dəfə həmin xidmətləri veb-versiya üçün də əlçatan edəcək.
Funksiya artıq "masaüstü" "WhatsApp"ların beta-versiyasında mövcuddur və hazırda test mərhələsindədir. Yeni versiyada səsli və videozənglər üçün iki düymə əlavə olunub.
Milli.Az