Texnologiya

"Tesla" ən keyfiyyətsiz avtomobil hesab olunub

26 İyun 2020 16:09
Baxış: 1 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tesla" şirkətinin avtomobilləri keyfiyyət göstəricilərinə görə 32 avtomobil arasında sonuncu yerdə qərarlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "J.D. Power 2020 Initial Quality Study" reytinqində deyilir.

Reytinq tərtib olunarkən 87 mindən çox müştərinin rəyi öyrənilib. Yekunda "Tesla" elektromobillərində hər 100 avtomobildə 250 çatışmazlıq qeydə alınıb. Reytinqdə yer alan avtomobillərdə bu göstərici orta hesabla 166-ya bərabər olub.

Ən az qüsurları qeydə alınan avtomobillər arasında reytinqə "Dodge" və "Kia" rəhbərlik edib. Bu avtomobillərdən hər 100 ədədində 136 çatışmazlıq müşahidə olunub. İlk üçlüyü "Chevrolet" tamamlayıb.

Reytinqin son beşliyində isə "Mercedes-Benz", "Volvo", "Audi", "Land Rover" və "Tesla" yer alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory