Texnologiya

“Twitter” xidmətlərindən birinin fəaliyyətini müvəqqəti dayandırır

28 Aprel 2020 19:39
0 Şərh     Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter" sosial şəbəkəsi təhlükəsizlik məqsədi ilə xidmətlərindən birinin fəaliyyətini dayandırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Twitter via SMS" xidməti müvəqqəti dayandırılıb.

"Twitter via SMS" sosial şəbəkə yaranandan işləyib. Bu xidmət SMS vasitəsilə sosial şəbəkədə "tvit" yazmağa imkan verirdi.

Qeyd olunur ki, SMS vasitəsilə tvit atılan zaman bəzi ölkələrdə təhlükəsizliklə bağlı çatışmazlıqlar qeydə alınıb.

Sosial şəbəkənin rəhbərliyi "Twitter via SMS" xidmətindən istifadə edənlərə "Twitter"in veb-versiyasından və ya mobil tətbiqindən istifadə etməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.