Texnologiya

“TikTok” istifadəçilərinə BƏD XƏBƏR: “Məlumatlarınız oğurlana, təhdid oluna bilərsiniz” - VİDEO - FOTO

21 Yanvar 2020 13:27
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada 1 milyarddan çox "TikTok" istifadəçisi var. 75 dildə, 150-dən çox bazarda mövcud olan "TikTok" ötən il ən çox yüklənən tətbiqlərdən olub. İndi isə "TikTok"da 1,5 mlrd. nəfəri yaxından maraqlandıran təhlükəsizliklə bağlı boşluq aşkar edilib.

Belə ki, "Check Point" şirkətinin mütəxəssislərinin sözlərinə görə, cinayətkarlar istifadəçilərin hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Rəşad Əliyev - Ekspert: "Sizin telefon sizin şəxsi məlumatlar olan bir "device"dır. Onun içində sizin şəxsi çəkdiyiniz şəkillər, sizin kontaktlar, sizə aid olan məlumatlar var. Həmin o məlumatları insan əlinə keçirə bilər. Onları istifadə edərək, sizə hədə-qorxu gələ, sizi təhdid edə bilərlər".

Mövcud boşluqlara görə, proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi təhlükə altındadır. Platformada aşkar edilən təhlükəsizlik boşluqları, hakerlərin hesabları ələ keçirib kontenti dəyişdirməsinə, videoları silməsinə, videolar yükləməsinə, gizli videoları hər kəsə açıq etməsinə səbəb ola bilər. Həmçinin özəl e-mail adresləri kimi hesaba əlavə edilən şəxsi məlumatları ortaya çıxara bilər.

Rəşad Əliyev - Ekspert: "Proqramı yükləyərkən, sizdən hər hansı icazə istəyir. İcazələr nə ola bilər, sizin smsləri oxumaq, sizin telefon nömrənizi istifadə etmək, sizin adınızdan sms göndərmək, sizin kontakt listinizə icazə olması. Bu tipli icazələr olur, ona görə də o, sizin nömrənizi, kontaktlarımızın nömrəsini bilir. Rahatca sizin adınızdan sms göndərmək imkanı əldə edir".

Nurlan Quluzadə - Proqramçı: "Əsasən, ən çox itifadə etdiyi öz şəxsi şifrələrini verməməsi daha məqsədəuyğundur. Hansı ki bunlardan birinci "Google" və "Facebook" kimi avtorizasiya sistemləri var ki, bu xidmətlərdən istifadə etsə, daha yaxşı olar. Yalnız sosial media hesabları vasitəsilə qeydiyyatdan keçə bilərlər və bu zaman öz şəxsi məlumatlarının ikinci şəxsin əlinə keçməsinin qarşısını ala bilərlər".

"TikTok"dan isə deyirlər ki, onlar istifadəçilərin məlumatlarını qorumaq üçün diqqətlə çalışırlar. Platforma rəhbərliyi dünya miqyasında çalışan təhlükəsizlik mütəxəssislərini bundan sonrakı təhlükəsizlik boşluqlarını aşkar etmək üçün köməyə çağırıb. İstifadəçilərə tətbiqin son versiyasını yükləmək tövsiyə olunur. Bu halda bütün problemlər aradan qalxacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.