Texnologiya

Google eynəyinin 2-ci nəsli hazırlanır

27 Fevral 2015 21:55
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google Glass kompüterləşmiş eynəyinin ikinci nəslinin sınaq tədarükünə başlanılıb. Bu cihaz eksperimental mərhələdədir və kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2015-ci ilin yanvarında Google internet şirkəti Glass Explorer proqramını dayandırmağa qərar verib. 1500 dollara satılan ağıllı qurğu satışdan çıxarıldı. Bundan sonra yayılmış şayiələrə əsasən, şirkət sözügedən cihazın birinci versiyasını uğursuz hesab edərək yeni nəsil üzərində məşğul olmağa qərar verib.

9to5Google saytı yazıb ki, Google Glass ağıllı eynəyinin yeni modifikasiyası erkən hazırlanma mərhələsindədir. Cihazın ilk prototipləri Googleun məhdud tərəfdaş dairəsinə nümayiş etdirilib.

Kompüterləşmiş eynək və şlem bazarı tədricən genişlənir. İndi sözügedən bazarda Oculus VR (Oculus Rift), Sony (Project Morpheus, SmartEyeglass), Samsung (Gear VR) və Microsoft (HoloLens) kimi şirkətlər mövcuddur. Şayiələrə görə, Apple da bu bazara daxil olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.