Facebook qocalır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Facebook yaşlı amerikalılar arasında ən populyar sosial internet xidməti olub. ABŞ-ın 18 yaşdan yuxarı 2 min sakini arasında Pew Research tədqiqat şirkəti tərəfindən keçirilmiş sorğuya əsasən, 65 yaşdan yuxarı amerikalı internet istifadəçilərinin 56 faizi Facebookda aktiv hesaba malikdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, son ildə Facebookdan istifadə edən ABŞ sakinlərinin payı demək olar dəyişməyib. Yalnız ən yaşlı internet istifadəçilərinin arasında sözügedən sosial şəbəkənin populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib.
Facebookun rəqiblərində vəziyyət fərqlidir.
Araşdırdığımız bütün başqa sosial şəbəkələr 2013-dən 2014-cü ilədək böyük artım nümayiş etdirib. Instagramın istifadəçilərinin sayı 9 faiz artıb, bundan başqa hər bir demoqrafik qrupda artım qeydə alınıb - tədqiqatda qeyd olunub.
Peşəkar əlaqələrlə mübadilə üçün LinkedIn sosial şəbəkəsi yüksəkixtisaslı mütəxəssislər və ali təhsilə malik insanlar arasında populyarlaşmağa davam edir. Eyni zamanda Twitter və Pinterestin populyarlığı bir çox demoqrafik qrup üzrə artır.
Auditoriyasının yaşlaşmasına baxmayaraq, Facebookun trafiki yenə də yüksəkdir. Artıq mövcud istifadəçilərin həyatında bu şəbəkənin rolu getdikcə daha vacib hal alır: Pew tədqiqat şirkətinin məlumatına görə, amerikalıların 70 faizi bu sosial şəbəkəyə gündəlik, 45 faizi gündə bir neçə dəfə daxil olur.
Facebook yalnız yeniyetmələr arasında populyarlığını itirir. Frank N. Magid Associates analitik şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, 2014-cü ildə Facebookdan aktiv istifadə edən yeniyetmələrin payı 88 faiz təşkil edib. 2013-cü ildə bu göstərici 94, 2012-ci ildə 95 faiz təşkil edib.
Twitter yeniyetmələrin xoşuna gəlir, çünki orada böyüklərin, valideynlərin sayı azdır. Əlbəttə ki, uşaqlar Facebookdakı hesablarını silmirlər, amma onlar orada digər sosial media ilə müqayisədə daha az vaxt keçirirlər - Pew Researchin tədqiqatçısı Amanda Lenxart öz fikrini bölüşüb.
Bu halda Facebookun rəhbərliyi sosial şəbəkənin gənclər arasında populyarlığının azalmasını inkar edir. 2013-cü ilin noyabrında Facebookun COO-su Şeril Sendberq deyib ki, ABŞ-da yeniyetmələrin böyük əksəriyyəti Facebookdan istifadə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





