Sosial şəbəkələrin inkişafı dayanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, Facebook sosial şəbəkəsi artıq fəal auditoriya toplamaq iqtidarında deyil. Güman edilir ki, nəhəng sosial şəbəkəni uzunmüddətli tənəzzül gözləyir.
Buna baxmayaraq Facebook aktiv istifadəçilərin sayına (1,35 milyard) görə dünya lideri olaraq qalır. Lakin görünür, Mark Sukerberqin rəhbərlik etdiyi şəbəkə ən yüksək artım səviyyəsinə çatıb və bunun da nəticəsində artım tempinə görə yeni servislərdən xeyli geri qalır. Belə ki, Tumblr sosial şəbəkəsinin aktiv istifadəçi bazası il ərzində 120 faiz artdığı halda həmin müddət ərzində Facebook-un artımı cəmi 2 faiz yüksəlib. Pinterest sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 57 faiz, Facebook-da 6 faiz artıb. Instagram, LinkedIn, Twitter, YouTube və Google+ şəbəkələri Facebook-dan daha sürətli populyarlıq qazanırlar.
Mobil əlavələr seqmentində də vəziyyət oxşardır. Facebook ən populyar əlavə olaraq qalsa da, artım tempinə görə rəqiblərindən xeyli geri qalır. Belə ki, Snapchat şəbəkəsi il ərzində istifadəçi bazasını 56 faiz artırıb. Oxşar nəticələri Instagram şəbəkəsi də nümayiş etdirib. Artım yalnız Facebook Messenger əlavəsində qeydə alınıb.
Hazırda dünyada 3 milyard insan internetdən istifadə edir ki, onun da 1,35 milyardı Facebook-a daxil olur. Bununla yanaşı, Facebook istifadə aktivliyinə görə əsas rəqibləri - Twitter və Google+ şəbəkələrini xeyli üstələyir.
Ekspertlər Facebook-un artımını zəiflədən əsas amil kimi Çində sosial şəbəkədən istifadənin qadağan olunmasını hesab edirlər. Bu ölkənin ərazisində servisdən yararlanmaq imkanından məhrum olunan 1 milyarddan çox insan yaşayır. M.Sukerberqin bu yaxınlarda Çinə etdiyi səfərin bu məsələ ilə bağlı olduğu güman edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





