Texnologiya

Yeni təhlükəli virus yayılır

18 Avqust 2014 23:12
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ESET şirkətinin ekspertləri Android üçün Rusiyadan gələn yeni təhlükə aşkar ediblər. Belə ki, Spy.Krysanec bekdoru Rusiyanın sosial şəbəkələri və fayl mübadilə meydançaları üzərindən yayılır və özünü ESET proqram təminatı kimi qələmə verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Android/Spy.Krysanec virusa yoluxmuş qurğudan fərdi məlumatların toplanması üzrə ixtisaslaşır. O, məsafədən idarəedici server ilə işləyə, həmçinin digər modulları yükləyə bilər.

Yeni təhdid legitim proqramlar kimi yayılır.

Spy.Krysanec virusu yoluxduqdan sonra serverdən qurğunun kamerası ilə çəkiliş, qurğunun mikrofonundan səsin yazılması, cari GPS koordinatların müəyyən edilməsi, tətbiq edilmiş əlavə proqramların siyahısının, brauzerdə açılmış səhifələrin siyahısının əldə edilməsinə müvəffəq olur, əlaqələr siyahısına və SMS-məlumatlara çıxış imkanı əldə edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Spy.Krysanecin bəzi nümunələri domeni no-ip.com provayderinə məxsus olan, məsafəli serverə çıxışdan istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.