Sosial şəbəkələrdən istifadəni gündəlik həyat tərzinə çevirməklə insanlar onun müsbət və mənfi tərəfləri ilə də qarşılaşmalı olurlar. Belə ki, dərs oxuyarkən şagirdlərin və ofisdə çalışarkən işçilərin ən böyük problemlərindən biri də diqqətin yayınmasıdır. Son zamanlar isə bu diqqətin yayınma səbəblərindən biri kimi məhz insanların mobil telefonlardan, eləcə də sosial şəbəkələrdən istifadəsi göstərilir.
Aparılan araşdırmalara görə, ümumilikdə çalışanların gördüyü iş hər 10,5 dəqiqədə kəsilir. Bir dəfə görülən iş bölündüyü halda ona təkrar diqqəti yönəltmək üçün təxminən 23 dəqiqə vaxt sərf edilir. Orta hesabla bir istifadəçi hər ay 402 dəqiqəsini "Facebook"da, 89 dəqiqəsini isə "Twitter"də keçirir. 9 min 120 nəfərin iştirakı ilə reallaşan anket sorğusunun nəticələrinə görə, çalışanlar ən çoxu "Facebook", "Twitter" kimi sosial şəbəkələrdə vaxt keçirərkən, şirkət rəhbərləri daha çox sosial mediadan istifadənin önəmli olduğunu bildirirlər. İşçilərin böyük bir hissəsi iş saatlarının 1 saatını sosial mediaya ayırır. "İş saatlarında sosial mediada nə qədər zaman keçirirsiniz?" sualına iştirakçıların 55 faizi 1 saatdan az, 17 faizi 1-2 saat, 16 faizi 4 saatdan çox cavabını verib.
İştirakçıların rəylərinə görə, işçilərin 45 faizi iş vaxtında "Facebook", "Twitter" kimi sosial şəbəkələrdə olarkən, 41 faizi xəbər saytlarına müraciət edir.
6 min 500 şirkət nümayəndəsinin qatıldığı digər anketdə isə işverənlərə "Çalışanların iş vaxtı zamanı sosial mediadan istifadəsi barədə nə düşünürsünüz?" sualına şirkət mənsublarının 57 faizinin "istifadə edə bilərlər, ancaq nəzarət altında tutulmalıdırlar" dediyi halda, 28 faiz "qarşısı alınmalı, iş məhsuldarlığını aşağı salır" deyib. Həmçinin 15 faiz isə "sərbəst olmalıdırlar, çalışanların motivasiyasını artırır" deyib.
Bu gün dünyada 2,5 milyard insan internetdən istifadə edir. Bu istifadəçilərin 1,8 milyardının sosial media şəbəkələrində bir hesabı var. Qitələr arasında ən çox internet istifadəsi Şimali Amerikada - 81 faiz, ən az istifadəsi isə 12 faizlə Cənubi Asiyadadır. "Facebook" 1,1 milyard istifadəçisiylə ən çox istifadə olunan şəbəkə kimi liderliyini qoruyur. "Twitter" istifadəçiləri isə 1 milyarda yaxındır. İngiltərə 87 faizlə internetin ən çox istifadə edildiyi ölkədir. Şəxsi kompüterlərdən istifadə etməklə internetdə ən çox vaxt keçirən ölkə isə gündəlik 6,1 saatla Braziliyadır. ABŞ, Fransa, Kanada, İtaliya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə ən çox seçim edilən sosial şəbəkə isə "Facebook" və "Twitter"dir. Beləliklə, bu gün səhər yuxudan oyandığında ailə üzvlərinə və ətrafdakılara "sabahın xeyir" demədən telefonunu götürüb, internetə daxil olaraq sosial şəbəkələrdə "oturan" insanların sayı davamlı olaraq artmaqdadır. Məsələn, Türkiyədə 32 milyondan artıq "Facebook", 10 milyondan artıq isə "Twitter" istifadəçisi var. İnternet istifadəçilərinin sayı isə 37 milyondur.
Sosial mediadan düzgün istifadə bir çox mənada vaxt itkisinin qarşısını ala bilər
Ölkəmizdə də sosial şəbəkələrdən istifadə edənlərin sayı kifayət qədərdir. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda əsasən sosial şəbəkələrdən daha çox "Facebook"a üstünlük verilir. Sosial şəbəkələrin insanların vaxtını almasına gəldikdə isə bunu onların bir qismi təsdiqləsə də bəzi insanlar istər-istəməz inkar edirlər. Bu gün bir faktdır ki, informasiya almaq, fikirlərini paylaşmaq istəyən insanlarla yanaşı, sosial şəbəkələrə daxil olmaqla mənasız, yersiz "fikirlər", gərəksiz şəkillər təqdim edən insanlar da var. Bütün bunlar isə təbii ki, vaxt tələb edir. Lakin əsas məqam odur ki, itirdiyin vaxtı dəyərli amil üçün sərf edəsən.
Müasir texnologiyaların, xüsusilə internet resurslarının insanların işini asanlaşdırmaq baxımdan çox əlverişli olduğunu deyən sosioloq Gülnar Nəzərova Milli.Az-a bildirdi ki, bu vasitələrdən düzgün istifadə edilmədiyi halda sadəcə vaxtımızı itirməyəcəyik, həm də bunun fiziki, psixoloji fəsadları ilə qarşılaşacağıq: "Bu baxımdan, internet resursları, xüsusilə sosial medianın vaxtımızı aldığını demək düzgün olmazdı. Əgər sosial mediadan da düzgün istifadə etməyi bacarsaq, bu, bir çox mənada vaxt itkisinin qarşısını ala bilər. Ölkədə və dünyada baş verən istənilən hadisə barədə operativ və tam məlumat almaq, insanlarla daha asan əlaqə qurmaq, müxtəlif tədbirlərin təşkilinə insanları cəlb etmək, reklam, elan, ianələrin toplanması və s. bu kimi məsələlərdə sosial medianın rolu əvəzsizdir".
Sosioloq onu da bildirdi ki, sosial şəbəkələrin digər üstün cəhəti onun xərcləri də azaltmasıdır. Belə ki, əvvəllər hansısa ölkə ilə əlaqə saxlamaq böyük xərc tələb edərdisə, indi insanlar heç bir əlavə xərc çəkmədən bir-biri ilə görüntülü əlaqə saxlamaq imkanı əldə edirlər. Bundan əlavə, istədiyimiz məsələ ilə bağlı qısa bir axtarışla hərtərəfli məlumat əldə edə bilərik. Bu cür axtarış sosial mediadan düzgün istifadə edən üçün faydalı olacaq və vaxt itkisinin qarşısının alınmasına kömək edəcək. Lakin sosioloq onu da qeyd etdi ki, bəzi insanlar bu cür vasitələrdən qumar, qeyri-əxlaqi saytlara giriş üçün istifadə edirlər. Bu da təbii ki, vaxt itkisinə səbəb olacaq. Bu mənada sosial mediada vaxt itirmək və ya faydalanmaq sadəcə özümüzdən asılıdır.
Gənclərin sosial şəbəkələrdən daha çox istifadəsi onların təhsilinə, ünsiyyətinə, fiziki inkişafına təsir edir
Sosioloq Əhməd Abbasbəyli isə Milli.Az-a ölkəmizdə sosial şəbəkələrdən istifadə ilə bağlı ciddi araşdırmalara rast gəlmədiyini və həqiqətən də ciddi ehtiyac olduğunu bildirdi: "Ümumiyyətlə, son dövrlər sosial şəbəkələrdən istifadə sayı daha da artır. Xarici ölkədə aparılan araşdırmaların, ölkədəki sosial şəbəkələrdə gənclərin iştirak faizi ilə bağlı apardığımız təhlillərdən görünür ki, xüsusilə gənclər və orta yaş təbəqəsi kifayət qədər fəaldırlar".
Sosioloqun fikrincə, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri var. Mənfi tərəflərinə gəldikdə Ə.Abbasbəyli deyir ki, insanlar birbaşa ünsiyyətdən kənarda qalırlar: "Müsbət tərəfi isə odur ki, onlar informasiya alırlar, məlumat ötürürlər, yeni texnologiyalarla maraqlanırlar".
Azərbaycanda sosial şəbəkələrdən daha çox "Facebook"un populyar olduğunu deyən sosioloq Qərb ölkələrində, Türkiyədə "Twitter"ə daha çox üstünlük verildiyini bildirir. Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclərin 70-80 faizi sosial şəbəkələrdən istifadə edir: "Maraqlı odur ki, orta yaşdan yuxarı insanların sosial şəbəkələrdən istifadə faizi aşağıdır, hətta yox dərəcəsindədir. Sosial şəbəkələrdə gənclər daha çox vaxt keçirirlər ki, bu da onların təhsilinə, ünsiyyətinə, fiziki inkişafına da təsir edir. Gənclər boş vaxtlarını idmana, ünsiyyətə sərf etsələr, daha yaxşı olar. Sosial şəbəkələrdən istifadəni nizamlı şəkildə həyata keçirsələr, əndazədən keçmədən normal şəkildə istifadə etsələr, bu daha faydalı olar. Nəticədə mənasız vaxt itkisinə gətirib çıxarmaz".
Nigar Abdullayeva
Milli.Az
Texnologiya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sosial şəbəkələr vaxtınızı alırmı?
19 Avqust 2014 02:00
0 Şərh
Baxış: 2 966

DİGƏR XƏBƏRLƏR
-
iPhone 17 Pro Max və Galaxy S25 Ultra müqayisəsi: Hansı daha güclüdür?
-
"ChatGPT"dən möhtəşəm YENİLİK
-
48 min km-də "BYD"nin mühərriki "dağıldı" - "Şatunu görün necə incədir" - VİDEO
-
iOS 26 yükləyəndən sonra telefonunuz "donur?" - "Apple"dan açıqlama
-
Telefon batareyasının ömrünü bu yolla 3 il uzatmaq olar
-
"Apple" bu modellər üçün "iCloud" dəstəyini dayandırır
XƏBƏR LENTİ
-
Tramp Britaniyada etiket qaydasını pozdu - FOTO
-
2 ölkə qlobal planları alt-üst edəcək tarixi sazişə imza atdı
-
Yuxunun həyatımıza təsiri
-
Vüsalə efirə bu tarixdə qayıdır
-
Sentyabrın 21-də səmada nə baş verəcək?
-
Bakıda aeroportda yeni taksi qaydaları: Ərazi və qiymət açıqlandı - siyahı
-
FED faiz qərarını açıqladı – qızıl rekord qırdı, dollar kəskin ucuzlaşdı
-
Bu simptomlara diqqət - İçməli sudan keçir, beyni yavaş-yavaş məhv edir
-
Gəncədə zəncirvari qəza - xəsarət alanlar var
-
22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI - VİDEO
-
COVİD19-un ən uzunmüddətli yoluxma halı qeydə alındı - 2 il daşıyıcı olub
-
Günün qoroskopu: Risk etməyin
-
Saç tökülməsinin gizli səbəbləri – Gündəlik qidalanmada böyük səhvlər
-
"Eşref Rüya"da yeni sima - FOTO
-
Məktəblərin yüksək keyfiyyətli internetlə təmin edilməsi təhsilə nə qazandırır?
-
Yerə nəhəng asteroid yaxınlaşır: NASA-dan xəbərdarlıq
-
Bu Çin avtomobili Rusiya bazarını tərk edir
-
Bu qulaqlıqlar saçları tökür - Açıqlama
-
iPhone 17 Pro Max və Galaxy S25 Ultra müqayisəsi: Hansı daha güclüdür?
-
Müəllimlərin nəzərinə!
-
Türkiyədə yeni yerli platforma istifadəyə verilir
-
“Qarabağ” UEFA reytinqində irəlilədi
-
Bu fəsildə üzünüzü müalicə etməyin, ləkələr qala bilər - Açıqlama
-
“Neftçi”nin şikayəti təmin olunmadı