Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ yeni nəsil GPS naviqasiya peyki buraxıb
3 Avqust 2014 19:01
0 Şərh
Baxış: 1 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Florida ştatında "GPS" orbital qruplaşmasını tamamlayacaq yeni nəsil naviqasiya peyki ilə "Atlas 5" raketdaşıyıcısı buraxılıb. "GPS 2F" adlı aparatla raket ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral kosmodromundan start götürüb.
Milli.Az ictnews-a istinadən bildirir ki, "GPS 2F" ABŞ-ın "Boeing" və "Lockheed Martin" korporasiyalarının birgə müəssisəsi olan "United Launch Alliance" şirkəti tərəfindən orbitə çıxarılıb.
"GPS 2F" ABŞ naviqasiya sisteminin hərbçiləri və vətəndaşları yüksək dəqiqlikli informasiya ilə təchiz edən mövqe sisteminin köhnəlməkdə olan aparatlarını əvəz edəcək 12 peykdən yeddincisidir. Bu seriyadan olan ilk aparat kosmosa 2010-cu ildə göndərilib.
"Biz naviqasiya peyklərinin əvəzlənməsi üzrə proqramın həyata keçirilməsini davam etdiririk. Yeni aparatlar "GPS" sisteminin etibarlığını artıracaq və işini yaxşılaşdıracaq", - ABŞ HHQ general-leytenantı Cey Reymond deyib. ABŞ hərbçiləri qeyd edirlər ki, Müdafiə Nazirliyi tərəfindən hazırlanan və istismar edilən qlobal mövqe sistemindən (Global Position System - GPS) dünyada milli müdafiə məqsədləri ilə yanaşı, mülki məqsədlər üçün istifadə edilir.
"GPS" peyk sistemləri genişlik, uzunluq, hündürlük və vaxtı dəqiq qiymətləndirən naviqasiya siqnalı ötürür. Mütəxəssislərin sözlərinə görə, sistemdən hazırda dünyada 1 milyard insan istifadə edir.
"GPS 2F"-i hazırlayan "Boeing" korporasiyasının nümayəndələri bildiriblər ki, yeni peykdə enerji qismində günəş işığından istifadə olunur. İstismar müddəti 12 il təşkil edən aparatın dəyəri 245 milyon dollar qiymətləndirilir. "GPS 2F"-in siqnal dəqiqliyi əvvəlki naviqasiya peyklərinə nisbətdə iki dəfə yüksəkdir.
Bundan başqa, aparat dəyişkən gücə malikdir ki, bu da döyüş əməliyyatları zamanı siqnalın zəifləməsi şəraitində maneələrdən mühafizəni artırmağa imkan verir.
"GPS" sisteminə 30 fəaliyyət göstərən peyk daxildir, - İTAR-TASS yazır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir