Məlumatlar maqnitlə ötürülür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Finlandiyanın Oulu Universitetinin fizikləri tərəfindən hazırlanan yeni Pulse sistemi smartfonların məlumatların qəbulu üçün maqnitometrdən (qonşu elektromaqnitlə yaradılan dəyişkən maqnit sahəsi şəklində) istifadə edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatın aparıcı müəllifi Vassilis Kostakosun sözlərinə görə, o, həmkarları ilə birlikdə Android mobil əməliyyat sistemli smartfonlar arasında məxfi elektromaqnit rabitə sistemini yaradaraq sınaqdan keçirib.
Sınaq zamanı alimlər internet ünvanları və ya MIDI kimi müxtəlif məlumatları əvvəlcə dəyişkən maqnit sahəsində kodlaşdıraraq sonradan elektromaqnitdən telefona ötürüblər.
Bu, informasiyanın real vaxt rejimində translyasiya olunduğu canlı dinamik kanaldır, - V.Kostakos bildirib.
Pulse sistemi məlumatların birtərəfli rabitə ilə kiçik məsafələrə saniyədə 44 bit sürətlə ötürülməsi üçün istifadə oluna bilər. Tədqiqat müəllifi qeyd edir ki, Pulse QR kodlar və NFC sistemlərinin analoqu olsa da, onları əvəz etmək üçün deyil, əlavə protokol kimi hazırlanıb.
Alimlər Pulseun çatışmazlıqlarını da vurğulayıblar. Belə ki, yeni sistemlə informasiyanın ötürülmə sürəti yüksək deyil, eləcə də sistem iki santimetr məsafədə işləyir. Lakin Pulsedan NFC ödənişlərin ötürülməsi üçün istifadə edilsə, bu çatışmazlıq onun üstünlüyünə çevrilər. Maqnit məlumat mübadiləsi sistemi smartfon terminalın iki santimetrliyinə yaxınlaşdırılmayınca və maqnit NFC ödənişin aktivləşdirilməsi üçün təhlükəsizlik kodu göndərilməyincə (əks halda ödənişi istifadəçiyə yaxınlaşmaqla gizlicə həyata keçirmək olar) ödənişin ötürülməsi təmin edə bilmir.
Bizim sistem məlumatların kiçik məsafələrə qısa müddətə ötürülməsi üçün idealdır. Müxtəlif növ elektron ödənişlərin edilməsi üçün Pulse ən yaxşı vasitə ola bilər, - V.Kostakos əlavə edib.
Sürətə gəldikdə, alimlər qeyd edirlər ki, maqnit məlumat ötürülməsinin sürəti Wi-Fi və ya Bluetooth texnologiyaları ilə müqayisədə saniyədə 44 bit aşağıdır.
Cari ilin sentyabrında V.Kostakos və onun həmkarları sistemi Sietldə keçiriləcək UbiComp 2014 konfransında təqdim etməyi planlaşdırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





