Bizi nə gözləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, AMEA-nın Yer Elmləri Bölməsi, AMEA-nın nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsi və BGGİ-yə üzv olan alimlərin iştirakı ilə keçirilən tədbirdə BGGİ-nin AMEA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev 1919-cu ildə təsis edilmiş bu təşkilata dünyanın təxminən 70 ölkəsinin daxil olduğunu vurğulayıb. Akademiya isə AMEA Rəyasət Heyətinin 2010-cu il tarixli qərarı ilə sözügedən təşkilata üzv olub.
AMEA-dan verilən məlumata görə, İ.Quliyev son zamanlar Yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsinin böyük əhəmiyyətə malik olduğunu bildirib. İclasda 2004-2013-cü illərdə Azərbaycan ərazisindəki seysmik proseslərdən, kosmosda baş verən dəyişikliklərin Yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsiri müzakirə edilib. Qeyd edilib ki, hazırda Qafqazın seysmik modelləri hazırlanır.
AMEA prezidenti, akademik Akif Əlizadə alimlərin Yer kürəsinin gələcəyinə xüsusi diqqət yetirdiyini xatırladaraq, onların fəlakət riski barədə təkliflərinin cəmiyyətə böyük fayda verəcəyinə əminliyini ifadə edib:
Ölkəmizdə ilk dəfədir ki, BGGİ-nin iclası keçirilir. Azərbaycan seysmik ərazidə yerləşdiyindən, respublikamızda belə bir tədbirin keçirilməsi təbiidir.
BGGİ-nin prezidenti Harş Qupta, BGGİ-nin baş katibi, professor Əli İsmayılzadə çıxış edərək keçirilən tədbirdə müzakirə olunan mövzuların aktuallığını vurğulayıblar. Kanadanın Kalqari Universitetinin professoru Maykl Sideris, Keyp Taun Universitetinin professoru İzabel Ansorge, Tokyo Universitetinin professoru Kenji Sataken mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Onlar qlobal geodeziya müşahidə sisteminin tətbiqi, okeanda risk göstəricilərinin qiymətləndirilməsi, zəlzələ və sunaminin fəsadlarının aradan qaldırılmasına dair tövsiyələrini səsləndiriblər.
Qeyd edək ki, tədbir iyunun 13-dək davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





