Texnologiya

Google təyyarə buraxacaq

15 Aprel 2014 18:11
0 Şərh     Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Google şirkəti Titan Aerospace pilotsuz uçuş aparatlarının istehsalçısını satın almasını bəyan edib. Bir neçə gün bundan əvvəl yayılmış məlumata görə, Facebook şirkəti Titan Aerospacein satın alınması haqqında danışıqlar aparır. Həm Google, həm də Facebook hazırda planetin çətinliklə gedilə bilən rayonlarını internet çıxışla təmin etmək istəyirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Google sazişin dəyərini açıqlamır, lakin bildirilir ki, şirkətin texnologiyası və uçuş aparatları məlumatın toplanılması və ucqar regionlarda yaşayan istifadəçilərin internetə çıxışını təmin etmək üçün istifadə ediləcək. Xatırladaq ki, Titan Aerospace şirkəti uzun müddət (1 ilədək) havada dayana bilən günəş batareyaları ilə işləyən dronlar istehsal edir.

Sazişin şərtlərinə əsasən, Titan Aerospace şirkəti və onun 20 əməkdaşı Nyu-Meksika ştatında yerləşən ofisində fəaliyyətini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.