Windows XP-dən imtina etmək üçün 8 səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1. Windows XP artıq dəstəklənmir. Windows XP-nin əsas dəstək müddəti 2009-cu ildə bitib. Aprelin 8-dən isə əməliyyat sisteminin Microsoft şirkəti tərəfindən geniş dəstəyi də dayandırılacaq. Daha sistem üçün yenilənmələr buraxılmayacaq. Bu səbəbdən həmin əməliyyat sistemindən istifadə təhlükəsiz olmayacaq. Şirkət bildiyi boşluqları belə, bağlamayacaq. Bu da kibercinayətkarların məlumatları oğulmaqları üçün şərait yaradacaq. Dəstəyin dayanması xüsusilə də bütün dünyada Windows XP əməliyyat sistemi ilə çalışan bankomatların fəaliyyətində özünü göstərəcək.
2. XP müasir kompüter texnikası üçün yararlı deyil. XP-nin sistem tələbləri belədir: 233 meqahers tezlikli prosessor, 64 meqabayt operativ yaddaş, 1,5 giqabayt sərt disk. Müasir kompüterlərin yanında bu göstəricilər gülünc görünür.
3. Uyğunlaşma ilə bağlı problemlər var. Artıq bir çox kompüter oyunları XP-ni nəzərdə tutmur. Bu sistemə DirectX 10 və ya daha yüksək proqram təminatını yükləmək olmur. Bu fərq get-gedə daha da dərinləşəcək.
4. Köhnə dizayn. Windows XP-nin dizaynı 13 il əvvəlki kompüterlərin gücünə uyğun hazırlanmışdı. 7-ci Windows ilə işləmək daha zövqlüdür.
5. Windows XP üçün keyfiyyətli internet mağaza yoxdur. XP istifadəçiləri uyğun proqram təminatı tapmaq və onları yeniləmək imkanlarından məhrumdurlar. Bu cür mağazalar Windows 8, OS X və Ubuntu əməliyyat sistemləri üçün var.
6. Sistemdaxili narahat və yavaş axtarış. Windows-un yeni versiyalarında axtarış daha rahat və sürətlidir. XP-də itmiş bir faylın axtarılması bəzən saatlarla vaxt çəkə bilər.
7. Sürət məhdudiyyəti. XP üçün az resurs tələb olunmağına baxmayaraq, müasir kompüterlərdə Windows-un yeni versiyaları daha sürətli işləyir. İnformasiyanın sərt diskə yazılması, arxivin açılması və s. əməliyyatlar müasir sistemlərdə daha tez başa gəlir.
8. XP-də bulud sinxronizasiyası yoxdur. XP hazırlanan dövrdə "bulud" (cloud) texnologiyaları yox idi. Müasir əməliyyat sistemləri isə Microsoft-un OneDrive anbarı ilə təchiz olunub. Faylları buludda saxlamaq çox asandır. Bu texnologiyalardan istifadə etməklə faylları bütün kompüterlərdə istifadə etmək olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - “Fənərbağça” matçında ilk qol - Yenilənib
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"





