Google Glass sərnişinlərə xidmət edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Google Glass eynəyi sərnişinlərin reys üçün qeydiyyatını sürətləndirəcək və asanlaşdıracaq. Belə ki, sərnişin üçün reysə qeydiyyat onu Hitrou aeroportunun T3 terminalına gətirən avtomobildən düşəndə və ya hava limanının girişində öz adını deyəndə başlayacaq. Aviaşirkət nümayəndələri həmçinin sərnişinləri onların cari reyslərinin statusu və hava haqqında məlumatlandırmaq, təyinat məntəqələrində əsas hadisələri tövsiyə etmək və xarici dildə olan istənilən məlumatı tərcümə etmək imkanı əldə edəcəklər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni texnoloji həll Hitrou aeroportuna gələn sərnişinlərə xidmətin göstərilməsi qaydalarına da öz təsirini göstərib. Aviaşirkət əməkdaşlarının da təchiz edildiyi Google Glass eynəyi və Sony SmartWatch saatlarında SITA şirkəti tərəfindən hazırlanan və Virgin Atlantic aviaşirkətinin sərnişinlərə xidmət sisteminə qoşulmuş dispetçer əlavəsi quraşdırılıb. Əlavə təyyarənin işçi heyəti arasında bütün vəzifələrin bölüşdürülməsini həyata keçirir. Sərnişin aeroporta gələndə, əlavə dərhal onun fərdi məlumatlarını həmin sərnişinə xidmət göstərəcək aviaşirkət əməkdaşının əlavə reallıq qurğusuna göndərir.
Virgin Atlantic və SITA həmçinin Hitrou aeroportunun birinci sinif sərnişinlərinə xidmətin göstərilməsinin keyfiyyətinin yaxşılaşdırılması üçün iBeacon texnologiyasından istifadə imkanlarını sınaqdan keçirir. Aeroport ərazisində yerləşən kiçik Bluetooth ötürücülərindən Apple mobil qurğularına yaxınlıqdakı xidmətlər və mağazadakı endirimlər, eləcə də uçuş cədvəli tablosunda informasiyaların yenilənməsi haqqında məlumat daxil olur.
Qeyd edək ki, Google Glass eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da Google şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu Wi-Fi və Bluetooth standartlı simsiz rabitə modulları ilə təchiz edilib. Bluetoothun köməyi ilə Glassın smartfonla birlikdə işləməsi mümkün olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





