Texnologiya

Windows XP "ölməyə" tələsmir

5 Fevral 2014 18:58
1 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft korporasiyasının iki aydan sonra Windows XP əməliyyat sisteminin dəstəklənməsini dayandırmasına baxmayaraq, bir çox şirkətlər indiyədək bu əməliyyat sistemindən imtina etmək niyyətində deyil. Korporativ sektoru təmsil edən təxminən 650 istifadəçi arasında sorğu keçirmiş Tech Pro Research ekspertləri belə nəticəyə gəliblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, araşdırmaya əsasən, rəyi soruşulanların 37%-i iş yerində Microsoft Windows XP platforması üçün təhlükəsizlik yeniləmələrinin buraxılışını dayandırdıqdan sonra belə adı çəkilən sistemdən istifadə edəcəklər. Respondentlərin 37%-i Windows 7 sisteminə, 5%-i isə Windows 8 platformasına keçmək niyyətində olduğunu bildiriblər. Yalnız 1% Mac OS X platformasını seçib.

Rəyi soruşulmuşların 40%-nin fikrincə, onlar üçün yeni ƏS-dən istifadəyə ehtiyac yoxdur. Respondentlərin təxminən 39%-i deyib ki, əməliyyat sistemini dəyişdirmək istəmirlər, çünki yalnız Windows XP lazımi proqram təminatını dəstəkləyir. 21% üçün isə proqram yeniləməsi lazımsız xərcdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.