Milli.Az ICTnews-a istinadən bildirir ki, araşdırmaya əsasən, rəyi soruşulanların 37%-i iş yerində Microsoft Windows XP platforması üçün təhlükəsizlik yeniləmələrinin buraxılışını dayandırdıqdan sonra belə adı çəkilən sistemdən istifadə edəcəklər. Respondentlərin 37%-i Windows 7 sisteminə, 5%-i isə Windows 8 platformasına keçmək niyyətində olduğunu bildiriblər. Yalnız 1% Mac OS X platformasını seçib.
Rəyi soruşulmuşların 40%-nin fikrincə, onlar üçün yeni ƏS-dən istifadəyə ehtiyac yoxdur. Respondentlərin təxminən 39%-i deyib ki, əməliyyat sistemini dəyişdirmək istəmirlər, çünki yalnız Windows XP lazımi proqram təminatını dəstəkləyir. 21% üçün isə proqram yeniləməsi lazımsız xərcdir.
Milli.Az