Texnologiya

Razer Blade 14: bahalı, çox güclü...

8 İyul 2013 21:14
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sözügedən istehsalçı iyunun əvvəlində Computex 2013 sərgisində qeymerləri güclü 14 düymlük noutbukla sevindirib və bu günlərdə o, satışa çıxarılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən aparat ultrabukların əksəriyyətindən daha yığcamdır: onun qalınlığı 16,8 millimetr, çəkisi isə 1,88 kiloqram təşkil edir.

Windows 8 əməliyyat sistemi (ƏS) ilə işləyən Razer Blade 14 dördüncü nəsil dördnüvəli Intel Core i7 (Haswell) prosessoru və NVIDIA GeForce GTX 765M qrafikası  (2 QB yaddaş) ilə təchiz edilib.

Ultrabuk 1600x900 təsvir ölçülü 14 düymlük ekran, 8 QB DDR3-1600 tipli yaddaş, SSD yığıcı (128-512 QB) və 70 Vatt/saat tutumunda  litium-polimer batareya ilə təchiz edilib. Noutbukun yan hissələrində üç USB 3.0 portu mövcuddur. Həmçinin HDMI 1.4a interfeysi, Bluetooth 4.0 və Wi-Fi (802.11a/b/g/n) modulları, videoçat üçün 1,3 meqapiksellik kamera mövcuddur.

SD kartlar üçün slot, həmçinin Ethernet portu və optik qurğu mövcud deyil.

CNET-in əməkdaşı Skott Şteyn yeniliyin əsas çatışmazlığının onun ekranı ilə bağlı olduğunu deyib. Belə ki, aparatın ekranının təsvir ölçüsü 1600x900 piksel təşkil edir. Bu isə onun qiymətinə (1800 dollar) uyğun gəlmir. Bundan başqa, əsas konfiqurasiyada cəmisi 128 QB həcmində fləş-yaddaş əlçatandır. 15,4 düymlük MacBook Pro noutbukunun qiyməti 2200 dollardan yuxarı olsa da, lakin o, Retina ekran (2800x1800 nöqtə) və iki dəfə tutumlu yığıcı ilə təchiz edilib. Lakin Apple-ın leptopunda qrafika 1 QB təşkil edir. 256 QB həcmində disklə təchiz edilmiş Razer noutbukunun qiyməti 2 min dollar, 512 QB-la olan modelin qiyməti isə 2300 dollar təşkil edəcək.

Razer Blade 14 noutbuku oyunlar üçün nəzərdə tutulub və işinin öhdəsindən çox yaxşı gəlir. Şteyndə Bioshock Infinite oyununda  yüksək sazlamalar zamanı saniyədə 36, orta sazlamalarda isə 62 kadr göstərilib. Onun keçirdiyi  sınaqlarda noutbuk 7 saat 46 dəqiqə müddətində avtonom işləyib.
 
Üstünlükləri:

    Güclü aparat içliyi
    Uzunmüddətli avtonom iş rejimi
    Nəfis dizayn

Çatışmazlıqları:

    SSD yığıcının həcminin az olması
    Güclü isinə bilər
    Ethernet portun olmaması
    Ekranın təsvir ölçüsünün az olması

 Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.