Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazir: "Genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsi 132 milyon dollar təşkil edəcək"
29 Mart 2013 15:31
Baxış: 1 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsinin həcmi 132 milyon dollar təşkil edəcək". Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.
Nazirin sözlərinə görə, qeyd edilən məbləğ Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ayrılıb. Bu il vacib təşəbbüslər, həyata keçirilməsi planlaşdırılmış layihələr sırasında "evə optika" layihəsi də var. Bu layihə ölkədə FTTH (fiber to the home) modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutur.
"ARDNF-nin maliyyə dəstəyilə həyata keçirilən layihə təqribən 500 milyon dollar həcmində qiymətləndirilir. Bu üçillik layihə yüksək rentabelli hesab edilir: ikinci ildən başlayaraq, onun ümumi dəyərinin 30-35 faizi təkrar investisiya qoyuluşları hesabına maliyyələşdiriləcək" , - Abbasov deyib.
Nazirin sözlərinə görə, layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
Nazir deyib ki, yaxın perspektivdə Azərbaycanın təşəbbüsü ilə daha bir beynəlxalq layihənin həyata keçirilməsi gözlənilir. Söhbət Transavrasiya Superinformasiya Magistralının (TASIM) çəkilməsindən gedir. BMT Baş Assambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən TASIM layihəsi Honkonqu Frankfurt ilə birləşdirəcək fiberoptik magistralın çəkilməsini nəzərdə tutur. Bununla da magistral geniş Avrasiya məkanını yüksək sürətli internetlə təmin edəcək.
Azərbaycanın belə beynəlxalq təşəbbüslərdə təcrübəsi var. Nümunə olaraq, Europe-Persia Express Gateway (EPEG) informasiya magistralının çəkilməsi üzrə layihəni göstərmək olar. Ötən ilin sonunda başa çatmış bu layihə Rusiya, İran və Oman ilə tərəfdaşlığı nəzərdə tutur.
"Artıq gələcək konsorsiumun tərəfdaşları - Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyənin iri telekommunikasiya şirkətləri bu layihənin həyata keçirilməsinə hazırlıq işləri aparır. Təbii ki, onun yerinə yetirilməsi Azərbaycana Xəzəryanı regionun əsas informasiya qovşağı olmaq imkanı verəcək" , - nazir qeyd edib.
Nazirin sözlərinə görə, bu yaxınlarda təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası yaxın 10 il ərzində ümumi daxili məhsulun həcminin ikiqat artırılmasından ibarətdir. Abbasov hesab edir ki, buna qeyri-neft sektorunun və İKT sahələrinin inkişafı hesabına nail olmaq nəzərdə tutulur.
"Bu məqsədə çatmaq qeyd edilən dövrdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün, əgər 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard dolar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 milyard dollara çatdırılmalıdır. Bu məqsədlə təkcə dövlət xəttilə 3,6 milyard dollar həcmində investisiya yatırmaq planlaşdırılır: investisiya qoyuluşlarının müvafiq həcmi beynəlxalq investorlar daxil olmaqla özəl sektoru təmin etməlidir", - Abbasov deyib.
Nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda İKT sahəsinin inkişaf perspektivləri istiqamətində olduqca nikbin kökləniblər. Onların proqnozlarına əsasən, sahələr üzrə islahatların davamı, xüsusilə potensial investorlar üçün preferensiyalar rejiminin yaradılması 2025-ci ilədək İKT sahəsində gəlirlərin səviyyəsini ölkə ÜDM-in 10 faizinədək çatdırmağa imkan verəcək. Sonuncu dünyanın inkişaf etmiş ölkələrində təklif edilən sahələrin gəlirliyinin səviyyəsinə uyğundur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
XƏBƏR LENTİ
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)
-
Evlərimizdə gizlənən təhlükə: Bu əşyaların içində civə var
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Azərbaycan millisi İraqla qarşılaşacaq
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı