Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günəşdən qidalanan təyyarə ilə rekord vurulacaq
17 Dekabr 2012 20:11
0 Şərh
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Solar Impulse" layihəsinin koordinatorları Avropadan Afrikaya 6000 kilometrlik uğurlu uçuşundan sonra günəş batareyaları ilə işləyən eksperimental təyyarənin 2013-cü ilin yazında Atlantik okeanı üzərindən uçuşunu planlaşdırırlar. Bu tip uçuşlar üçün transatlantik uçuş misilsiz bir hadisə olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Solar Impulse" layihəsi üzrə tərəfdaşlar Bertran Pikkar və Andre Borşberqin sözlərinə görə, Atlantik okean üzərindən həyata keçirilməsi planlaşdırılan uçuş haqqında qərar artıq qəbul edilib, sadəcə, layihənin konkret detalları üzərində düşünmək lazımdır.
Xatırladaq ki, "Solar Impulse" təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr, çəkisi isə 1,6 ton təşkil edir. Onun qanadlarına quraşdırılmış təxminən 12 min fotoqalvanik element 10 at gücünə malik 4 ədəd elektrik mühərrikini günəş enerjisi ilə təchiz etməyə qadirdir. Konstruktorlar ümid edirlər ki, günəş batareyalarının çəkisinin tədricən azalması nəticəsində gələcəkdə təyyarənin bortuna iki pilot götürmək mümkün olacaq.
Bu halda isə 2015-ci ildə dünya ətrafında fasiləsiz səyahət həyata keçirmək olar. Layihənin təşəbbüskarı Bertran Pikkar bildirib ki, təyyarə saatda 150 kilometrədək uçuş sürəti toplaya bilər. O, öz layihəsi ilə bəşəriyyətə sübut etmək istəyərdi ki, yandırılan yanacaqdan Yer kürəsi üzrə səyahət zamanı belə imtina etmək olar.
Bundan başqa, Bertran bildirib ki, o, mühəndis və alimləri insanlar üçün ekoloji cəhətdən təmiz və əlverişli nəqliyyatın tamamilə yeni nəsillərini hazırlamağa ilhamlandırmaq istəyərdi. Xatırladaq ki, 1999-cu ildə Bertran Pikkar hava şarı vasitəsilə artıq dünya ətrafında uçuş həyata keçirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
-
Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
"Oğlum futbol oynamaq istəmir"
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Tacir Şahmalıoğlu toyda xanımına elə hərəkət etdi ki... - FOTO
-
PSJ - "Arsenal": Heyətlər açıqlandı
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Arne Slot istefaya göndərildi
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu