Texnologiya

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir - FOTO

22 Yanvar 2026 14:40
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 

Sosialyönümlü təşəbbüsləri ilə seçilən "Nar" "Biz Hamımız Birik" adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində bərabər və inklüziv mühitin formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Strategiyanın əsas məqsədi mobil xidmətlərin əlilliyi olan şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir.

Layihə çərçivəsində "Nar"ın müştəri mərkəzlərinin əməkdaşları eşitmə məhdudiyyətli abunəçilərə jest dilində xidmət göstərməyə başlayıblar. Bu təşəbbüs müştəri mərkəzlərində ünsiyyətin keyfiyyətini artırmağa və xidmətin hər kəs üçün əlçatan olmasına töhfə verir.

Bundan əlavə, ötən ildən etibarən əlilliyi olan şəxslərin rahatlığı üçün "Nar" ofislərində növbədənkənar xidmət təqdim olunur. Həmçinin "Elmlər Akademiyası" və "Memar Əcəmi" müştəri mərkəzləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb, giriş-çıxış yolları və infrastruktur bu şəxslərin rahat hərəkətini təmin edəcək şəkildə yenidən qurulub.

Qeyd edək ki, inklüziv cəmiyyətin təşviqi məqsədilə "Nar" 2021-ci ildə ilk onlayn işarə dili lüğəti olan jestdili.az saytı təqdim edib. Bu təşəbbüsün davamı olaraq, bu dili daha rahat şəkildə öyrənməyə imkan yaradan jest dili mobil tətbiqi də tezliklə istifadəyə veriləcək. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.