Texnologiya

Sönülü olsa da işıq pulu yazan 4 cihaz

5 Yanvar 2026 22:30
Baxış: 1 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdə bəzi cihazlar cərəyan mənbəyindən tam ayrılmadığı halda elektrik enerjisi sərf etməyə davam edir.

Milli.Az xəbər verir ki, əsasən gözləmə rejimində qalan bu cihazlar ay ərzində nəzərə çarpmayan, lakin ümumi işıq puluna təsir edən xərclər yaradır.

Bu cür gizli enerji sərfiyyatı xüsusilə qış aylarında daha çox hiss olunur.

Söndürülü vəziyyətdə olsa belə elektrik sərf edən cihazlar arasında televizor ilk yerdədir. Pultla işə salınmağa hazır qaldığı üçün enerji istifadəsi tam dayanmır. Kompüter noutbuklar da rozetkaya qoşulu olduqda az miqdarda elektrik sərf edir. Telefon adapterləri isə telefona qoşulu olmasa belə, rozetkada qaldıqda enerji çəkməyə davam edir. Mikrodalğalı sobaset-top box kimi cihazlar da saat göstəricisi və gözləmə rejimi səbəbilə fasiləsiz elektrik istifadə edir.

Qeyd edək ki, bu cür xərclərin qarşısını almaq üçün cihazların rozetkadan tam ayrılması və ya açarlı uzadıcıdan istifadə olunması tövsiyə olunur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.