Robotlar bu 5 peşəni heç vaxt əvəz edə bilməyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Süni intellekt hər keçən gün daha çox sahədə insan əməyini əvəzləməyə başlasa da, mütəxəssislər bəzi peşələrin süni intellektə qarşı dayanıqlı olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, TargetJobs şirkətinin apardığı yeni araşdırma süni intellektin hələ də insani instinktləri, emosional zəkanı və yaradıcılığı təqlid edə bilmədiyini ortaya qoyub.
Texnologiya nəhəngi Amazon ötən həftələrdə 14 min əməkdaşı işdən azad edərək avtomatlaşdırmaya keçdiyini açıqlayıb. Bu qərar süni intellektin əmək bazarına təsiri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Qlobal proqnozlara əsasən, süni intellekt 300 milyondan çox tam ştatlı iş yerini təsir altına ala bilər - bu da tarixdəki ən sürətli texnoloji inqilab deməkdir.
Ancaq mütəxəssislər bildirirlər ki, bütün peşələr eyni dərəcədə risk altında deyil.
Risk altında olan sahələr
Süni intellekt və alqoritmlər asanlıqla avtomatlaşdırıla bilən işləri daha tez ələ keçirə bilir. Bu sahələrə aşağıdakılar daxildir:
Məlumatların daxil edilməsi
Müştəri xidmətləri
Rutin inzibati işlər
Bəzi texniki və analiz rolları
Bu işlərdə süni intellekt həm daha sürətli, həm də xətasız işlədiyi üçün insan əməyinə ehtiyac getdikcə azalır.
Dünyanın sonuna qədər davam edəcək 5 peşə
1. Tibb və psixologiya
Süni intellekt analiz və diaqnostika sahəsində köməkçi olsa da, empati qurmaq, hissləri anlamaq və emosional dəstək vermək qabiliyyətinə malik deyil.
2. Təhsil və şəxsi inkişaf
Texnologiyanı emosional zəka ilə birləşdirə bilən müəllimlər, insanların formalaşmasında hələ də əsas rol oynayırlar.
3. Yaradıcılıq sahələri
Dizayn, reklam, kino və ədəbiyyat kimi sahələrdə orijinallıq və duyğu hələ də yalnız insanlara məxsusdur.
4. Usta sənətkarlıq və texniki bacarıqlar
İnşaat, elektrik, təmir və mühəndislik kimi fiziki bacarıq və çeviklik tələb edən işlər tam avtomatlaşdırmaya uyğun deyil.
5. Etika, hüquq və siyasət
Süni intellektin sərhədlərini müəyyən edən qanunlar və etik prinsiplər hələ də insan qərarına əsaslanır.
TargetJobs-un araşdırmasına görə, insanları texnologiyadan fərqləndirən ən vacib xüsusiyyət, emosional və sosial zəkaları texnologiya ilə birləşdirmə bacarığıdır.
Süni intellektə qarşı deyil, onunla birlikdə işləməyi öyrənənlər gələcəyin ən üstün mövqeyində olacaqlar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
XƏBƏR LENTİ
-
Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi
-
"Ziraat Bank Azərbaycan" X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib! - (Foto)
-
Qara Cümə endirimləri başladı: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - Araşdırma
-
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
-
Makronu “cənab Şantaj” adlandırdılar
-
Meymunlar Tac-Mahalı zəbt etdi - (Video)
-
7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı (Video)
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bu halda avtomobiliniz birbaşa duracağa aparılacaq
-
Röya Ayxan gəlinlərinə təriflər yağdırdı (Video)
-
Bella Hadidin illərdir gizlətdiyi xəstəlikləri - İlk dəfə açıqladı
-
Əməkdar artist: “Heç kimi rəqib hesab etmirəm”
-
Bakıya 3 gün leysan yağacaq
-
Keçmiş islandiyalı futbolçu 37 yaşında öldü
-
12 il həbs cəzası almış Vilyam Hacıyev niyə vaxtından əvvəl azad edildi?
-
80 kilodan 45 kiloya düşən Nigar İbrahimova arıqlama sirrini açıqladı (Video)
-
"Həmin şəxs evli olsa da, aparıcının anası ilə qeyri-rəsmi münasibət yaşayıb, ev də onun imiş"
-
Gürcüstanda saxlanılan türkiyəli azarkeşlər azadlığa buraxıldı - (Video)
-
"50-100 manata diplom veririlər"
-
9 min mobil telefonu olan Bakı sakini (Video)
-
42 yaşlı rəis qəfil öldü
-
Aysun İsmayılova: "Əsl sevgini yaşadacaq bəy olsa, sənətdən gedərəm"





