“Google” xəbərdarlıq edir: Hesabınız silinməzdən əvvəl yoxlayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Google", 1 dekabr 2023-cü ildə qeyri-aktiv hesabları silməyə başlayacağını açıqlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, həftə sonu göndərilən e-poçtlarda şirkət istifadəçilərə iki il ərzində istifadə olunmayan hesabların silinəcəyi barədə xəbərdarlıq edib.
"Google", istifadəçilərə profillərini aktiv saxlamaq şansı verərək, silmə əməliyyatından aylar əvvəl bir neçə xatırlatma e-poçtu da göndərəcəyini bildirib. Lakin hesab silindikdən sonra eyni "Gmail" ünvanı ilə yeni "Google" profili yaratmaq mümkün olmayacaq.
Bu siyasətlə "Google" zəif şifrələri olan profillər vasitəsilə xidmətlərin sındırılma şansını azaltmaq istəyir. Şirkətin bəyanatına görə, hakerlər çox vaxt tərk edilmiş hesablardan şəxsiyyət oğurluğu və spam kimi zərərli məqsədlər üçün istifadə edirlər.
Hesabınızın silinməsinin qarşısını almaq üçün hər iki ildən bir "Google" hesabınıza daxil olmalısınız. Hesaba daxil olarkən "Gmail"i yoxlamaq, "Google Drive"dan istifadə etmək və ya "YouTube"dan videolara baxmaq kimi digər fəaliyyətlər də hesabı aktiv saxlayacaq.
"Google", həmçinin istifadəçilərin profillərini silməzdən əvvəl bəzi alətlər vasitəsilə məlumatlarını endirə biləcəklərini bildirib. "Takeout" və "Inactive Account Manager" kimi şirkətin xidmətləri ilə hesab məlumatlarınızı başqa ünvana köçürə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Dünyanın ilk alışqanlı smartfonu
-
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
XƏBƏR LENTİ
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)





