Texnologiya

“Microsoft” öz prosessorlarını yaradır

7 May 2023 16:24
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" öz prosessorlarını yaratmağı planlaşdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ şirkəti yarımkeçirici avadanlıqlar sahəsində mütəxəssisləri işə götürməyə başlayıb. Həmçinin "Microsoft" saytında kompüterlər üçün ARM çiplərini hazırlayacaq mühəndislər üçün vakansiyalar var.

İnsayderlərin fikrincə, İT nəhəngi 2020-ci ildən öz prosessorları əsasında kompüterlər istehsal edən "Apple" ilə rəqabət aparmaq niyyətindədir. Eyni zamanda, yeni çiplər yeni nəsil əməliyyat sistemi "Windows 12" ilə işləmək üçün uyğunlaşdırılacaq.

Qeyd olunur ki, bu yeni çipləri qarşıdan gələn "Windows 12" əməliyyat sistemi ilə birləşdirmək "Microsoft" cihazlarının performansını və səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İlk prosessorların 2024-cü ilin sonunda təqdim olunacağı bildirilir. Eyni zamanda, "Microsoft" kompüterlər üçün əməliyyat sisteminin yeni nəslini elan etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.