Səhiyyə

Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - FOTO

8 İyul 2025 13:58
Baxış: 1 977
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir həkimlə bağlı paylaşımıyla gündəmə gəlib. 

Milli.Az xəbər verir ki, videoda Azərbaycanda həkimin əməliyyat zamanı TikTok-da canlı yayım açmağı əks olunub. 

Görüntüdə həkimin xəstənin ayağını amputasiya etdiyi yazılıb.

Canlı yayım zamanı danışan xanım isə "Diz oynağının endoprotezi" deyə, bildirib. Videolardan birində isə əməliyyatı Aqşin Məmmədov adlı həkimin etdiyi, canlı yayımın həmin profildən açıldığı öz əksini tapıb. 

Travmatoloq-ortoped Aqşin Məmmədov sosial şəbəkədə çalışdığı yer kimi "Medera hospital"ı qeyd edib.

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə həkimlərin əməliyyat zamanı canlı yayım açması və ya video çəkməsi müzakirələrə səbəb olmuş, həmin tibb işçiləri cəzalandırılmışdı. //Axşam.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.