Sağlamlıq

Dietoloq immuniteti gücləndirən "multivitamin bombası"ndan danışdı

14 Noyabr 2021 21:10
0 Şərh     Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çaytikanı giləmeyvələri bədən üçün faydalı olan bütün elementləri ehtiva edir və onların tərkibində sitrus meyvələrindən daha çox C vitamini var.

Milli.Az xəbər verir ki, bu barədə dietoloq İrin Rıl müsahibəsində deyib.

"Bu giləmeyvə multivitamin bombasıdır. Tərkibində sitrus meyvələrindən daha çox C vitamini var. Onun tərkibinə A, E, B1, B2, B3, B6, B9, E, PP vitaminləri də daxildir. Çaytikanın tərkibindəki karotenoidlər və flavonoidlər sayəsində giləmeyvə immuniteti gücləndirmək və iltihabi proseslərə qarşı mübarizə aparmaq üçün əla vasitədir. Dəri xəstəlikləri və hemoroidin müalicəsində də çaytikanı yağı az effektli deyil. Çaytikanı giləmeyvəsi serotonin (xoşbəxtlik hormonu) istehsalını aktivləşdirir, qan laxtalanmasını azaldır", - Rıl əlavə edib.

Eyni zamanda həkim xəbərdarlıq edib ki, çaytikanı allergik reaksiyalara da səbəb ola bilər. Böyrək və öd daşı olan insanlarda da ehtiyatla istifadə edilməlidir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.