Həkim-pediatr: "Ana südünün tərkibindəki hormonlar..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahanın və metobolizmin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Onun tərkibindəki balanslaşmış komponentlərin, hormonların, müxtəlif boy faktorlarının, çoxlu miqdarda bioloji aktiv maddələrin olması körpənin böyümə və inkişafı üçün ideal qidadır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Fərəh Vahabova bu barədə avqustun 1-dən 7-dək ana südü ilə qidalanma həftəsi çərçivəsində məlumat verib.
Həkim-pediatr mövzunu davam etdirərək deyib: "Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir. Onun bütün komponentlərinin tərkibi və nisbəti körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir. Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahanın və metobolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir. Nə keyfiyyətə görə, nə də balanslaşmış komponentlərinə görə ana südündə olan bioloji aktiv birləşmələri tam təkrarlamaq mümkün deyil. Ana südünü tərkibində olan immunoqlobulinlər immuniteti, həmçinin bağırsağın selikli qişasının səthi boyu ilə yerləşərək yerli immuniteti təmin edir. Ana südü körpənin altı aylığına qədər onların qidalanması üçün "qızıl standart" hesab olunur. Vaxtından əvvəl doğulan uşaqlarda ana südünü əsas üstünlükləri onlarda çəkinin daha yaxşı artması, infeksion-iltihabi xəstəliklərin daha az inkişaf etməsidir. Ana südü körpəni infeksiyalardan müdafiə edir, immun sistemini aktivləşdirir, xroniki xəstəliklərin qarşısını alır, uşağın daha yuxarı yaşlarında diabet və piylənmənin, eləcə də hipertoniya xəstəliyi və aterosklerozun, allergik reaksiyanın əmələgəlmə riskini azaldır".
Həmsöhbətimiz qeyd edib ki, ana ilə körpə arasında lap erkən dövrlərdə tam emosional yaxınlıq yaranır. Ana südü erkən yaşlı uşaqları qulaq infeksiyalarından, ishal, pnevmoniya və bir çox xəstəliklərdən qoruyur: "İnfeksiyaya qarşı maddələrin konsentrasiyası ana südündə uşağın bir yaşından sonra da qalmaqda davam edir və infeksiyadan müdafiə edir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafları ilə seçilirlər, sinir sistemləri daha sakit olur, təmkinli, mehriban, xeyirxah olurlar, valideyn qayğısına qarşı optimal davranış qaydaları yaranır, çənənin forma və inkişafının yaxşılaşması ilə dişləm anomaliyaları azalır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





