Sağlamlıq

Məşhur professor Hindistan ştammına qalib gəlməyin ƏN EFFEKTİV YOLUNU açıqladı

28 İyun 2021 20:40
0 Şərh     Baxış: 1 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyada kornavirus pandemiyasına qarşı mübarizə üçün vaksinasiya işləri sürətlə aparılır. Digər tərəfdən də virusun Delta variantı sürətlə yayılmağa başlayıb.

Milli.Az xəbr verir ki, ki, Türkiyənin tannmış infeksionisti və mikrobioloqu professor Kəmaləddin Aydın Delta ştammı ilə effektli mübarizə üsullarından bəhs edib.

Xəstəliyin qarşısını almaq üçün vaksinasiyanın effektivliyindən söz açan həkim yeni ştammın Avropada ciddi fəsadlar törətdiyini bildirib: "Peyvəndin ilk dozasının qoruyuculuq faizi 80-86 faizdir. Lakin Delta variantında peyvəndin qoruyuculuq faizi 30 faizə düşüb. İkinci dozadan sonra bu qoruyuculuq yüksək həddə çatır. İkinci dozadan sonra Delta əndişəsi sona çatacaq. Əgər vaksinasiya olmasaq, peyvənd səviyyəsi yüksək olmazsa, birinci və ikinci doz arasında tədbirləri sürətləndirməsək, payız mövsümündə virusla yenidən müharibə dövrünə girəcəyik. Bu səbəblə hər iki doza peyvənd olunmağa tələsməliyik.

Peyvənd nisbəti bu şəkildə gedərsə və cəmiyyət peyvənd olunarsa, avqustun ortalarında kütləvi immunitet əldə etmiş olacağıq. Buna çatdıqda, artıq ciddi qapanmalar olmayacaq". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.