Gün eynəkləri optik eynəklər kimi həkim məsləhəti ilə seçilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında ən çox istifadə edilən aksesuarlardan biri də gün eynəkləridir. Adətən onu seçənlər öz zövqlərini əsas götürürlər.
Gün eynəkləri də optik eynəklər kimi əslində həkim məsləhəti ilə seçilməlidir. Təəssüflər olsun ki, buna əməl edənlər çox azdır. Həmin eynəklərin əsas vəzifəsi gözləri ultrabənövşəyi şüalardan qorumaqdır. Şüaların təsirindən hətta korluq da yarana bilər.
Milli.Az bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib ki, gün eynəkləri seçərkən təkcə üzə yaraşanı yox, filtrinin olub-olmamasına da diqqət yetirmək lazımdır: "Günəş yuxarıdan düşdüyünə görə, gözün üst hissəsinin də bağlanmasına fikir verilməlidir. Bununla yanaşı gün eynəyinin ultrabənövşəyi şüaları blok etməsinə diqqət etmək lazımdır. Günəş eynəklərinin şüşəsinin kənarında 400 uv, yəni ultrabənövşəyi şüanı blok etməsi barədə yazı olmalıdır. Polaroid şüşələrin müsbət cəhətləri var və günəş parlaqlığının qarşısını alır. Həmin eynəklər avtomobil sükanı arxasında əyləşib uzaq yol gedənlərə tövsiyə edilir".
Keyfiyyətsiz eynəklər göz bülluruna tez təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur. Eynək gözə düşməyəndə gözə qızartı, sulanma və quruma kimi əlamətlər özünü büruzə verir. Tünd rəngli olanda isə göz bəbəyi görünür və göz dibinə düşən işıq sahəsi artır. Bu da qıcıqlanmaya və iltihaba səbəb olur.
Eynəklər plastik və şüşə materialdan hazırlanır. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq, tez sınır və ya çatlayır. Ona görə də şüşə eynəklər daha yaxşı hesab olunur. Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək bir qədər çətin olsa da, mümkündür. Bundan başqa çərçivənin materialı allergik olmamalı, burunu və qulağı əzməməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti





