Sağlamlıq

Alimlər koronavirusdan sonra görünə biləcək sindromu açıqladı

9 İyun 2021 22:55
Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birminhem Universitetinin alimləri COVID-19-dan sağalanlarda təhlükəli kəskin autoimmun iltihab sindromunun inkişaf edə biləcəyini söyləyib. Tədqiqat müəllifi Aleks Riçtner qeyd edib ki, koronavirusdan sonra ürək və dəri xəstəliklərinə səbəb olan oxşar antikorlar istehsal olunur.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, alimlər ayaq və əllərdə uyuşma, əzələ zəifliyi, ağrı və koordinasiya problemlərini xəstəliyin əsas simptomları adlandırıb. Bu simptomlar yüngül və ağır dərəcədə koronavirusdan əziyyət çəkən insanlarda ortaya çıxıb.

Bildirilib ki, kəskin autoimmun iltihab sindromu emosional pozğunluq, vegetativ nasazlıqlar şəklində özünü göstərir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory