Sağlamlıq

Bu şəxslərin beyinləri daha sürətlə YAŞLANIR

7 Aprel 2021 22:04
Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız alimlər növbəli iş rejiminin beynin vaxtından əvvəl yaşlanmasına səbəb ola və zehni kütləşdirə biləcəyinə dair xəbərdarlıq ediblər.

Milli.Az xəbər verir ki, övbəli işin beyinə təsiri ilə bağlı aparılan araşdırmalar çərçivəsində Fransada üç min nəfər üzərində yaddaş, düşünmə sürəti və idrak qabiliyyəti ölçən testlər tətbiq olunub.

Beynin funksiyalarında yaşlandıqca görülən geriləmə prosesinin növbəli işləyən insanlarda sürətləndiyi müşahidə edilib. Belə insanlarda idrak bacarıqlarının azalması təsirlərinin iş həyatının sona çatmasından sonra ən az daha 5 il davam etdiyi müəyyən olunub.

İdrak bacarıqlarının azalmasının qarşısını almaq üçün iş saatlarının nizamlı olması və səhiyyə idarələrinin buna laqeyd qalmamasının lazım olduğu bildirilir.

Mütəxəssislər ǝldǝ edilǝn nǝticǝlǝrin zehnin azalmasının müalicəsi baxımından əhəmiyyətli olduğunu düşünürlər.

Bədən saatına zidd olan iş saatları xərçəngdən tutmuş piylənməyə qədər müxtəlif xəstəliklərin yaranmasına sǝbǝb olur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.