Soyuq qışda xəstələnməmək üçün 7 FƏRQLİ MƏSLƏHƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soyuq, qarlı havada bədən və beyin tamam fərqli iş mexanizminə keçir. Əzələlər gərginləşir, qan damarları sıxılır, orqanlar istiliyi daxildə saxlamaq istəyir. Beyində bədbin fikirlər artır, insan depressiyaya düşür. Üstəlik soyuqdan xəstəliklər.
Milli.Az-ın verəcəyi 7 tövsiyəyə əməl edərək soyuq fəslə tab gətirə bilərsiniz:
Yaxşıca yatın
Yuxu rejimi və keyfiyyətli yuxu gün boyu daha enerjili olmaq üçün çox əhəmiyyətlidir. Axşam tez yuxuya gedə bilmirsinizsə, o zaman bunun səbəblərini axtarın. Məsələn: çox gec saatda qəhvə içmək sizin yuxuya getməyinizə mane ola bilər. Gec saatda yemək yemək də rahat yatmağa mane olan amillərdəndir.
Qamətinizə diqqət edin!
Gündəlik iş rejimi və qaçaqaç insanın qamətinə təsir edir. Araşdırmalara görə, insanın qamətinin gözəl olması, onu sağlamlığından əlavə, psixoloji vəziyyəti üçün də son dərəcə faydalıdır. Hər zaman başınızı və çiyinlərinizi dik tutun. Beləliklə də daha pozitiv və xoşbəxt bir qış keçirə bilərsiniz.
Telefona fasilə verin
Müasir zamanda bir çoxları hər anın fotosunu çəkərək sosial şəbəkədə paylaşmaq istəyir. Bunu edərkən təəssüf ki, yoldaşları və ya ailə üzvləri ilə keçirdiyi vaxtdan ləzzət ala bilmir. Xoşbəxt anların dadını çıxarmaq üçün telefonu bir kənara qoyun. Bir müddət telefondan uzaq olmaqla heç nə itirməzsiniz.
Sizi bədbəxt edən münasibətləri bitirin
Münasibətinizdəki bədbinlik özünüzə inama zərər verir. Sizi bədbəxt edən şəxslərə görə daha narahat və qeyri-müəyyən əhval-ruhiyyəyə köklənirsiniz. Sizə və fikirlərinizə dəyər verən və sizi xoşbəxt edən insanlarla birlikdə olmağa çalışın.
Hərəkət edin və sağlam qidalanın
Araşdırmalara görə, həftədə, ən az 3 dəfə idman etmək depressiyaya düşmək riskini azaldır. Gündəlik həyatınızdakı hərəkətliliyinizi artırın və daha aktiv olun. Sağlam və xoşbəxtlik hormonlarını artıran qidalardan istifadə edin. Bol-bol su için. Bütün bu sadalananları edərək sağlam və rahat bir qış keçirə bilərsiniz.
Özünüzə vaxt ayırın
Bütün gün dostlarınızla, ailənizlə vaxt keçirdiyinizdən özünüz yaddan çıxa bilərsiziniz. Bir müddət tək qalın və nə etmək istədiyinizi düşünün.
Edəcəyiniz işləri qabaqcadan planlaşdırın
Özünüz üçün həyata keçirməli olduğunuz işlərin siyahısını hazırlayın. Planlı olmaq sizin motivasiyanızı artıracaq. Bu isə problemlərin içərisində çaş-baş qalmağınıza və ruhdan düşməyinizə imkan verməyəcək. Beləliklə də qışdan daha rahat və xoşbəxt halda çıxa biləcəksiniz. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)





