İnsanda zülal çatışmazlığının əlamətləri - Dəri, saç. dırnaq. sümük, əzələlər məhv olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda 80 faiz böyük şəhərlər və paytaxtların sakinləri kəskin zülal defisiti müşahidə olunur, lakin insanlar bunu bilmir, həkimlər isə əhəmiyyər vermir.
Zülal nədir, niyə çatışmır, hansı problemlər yaradır?
Milli.Az insanda zülal çatışmazlığının əsas əlamətlərini təqdim edir.
Zülal - orqanizmin, xüsusən əzələ və sümüklərin tikinti materialıdır. Zülalsız insan orqanları və sistemləri normal fəaliyyət göstərməz, aldığı oksigeni düzgün paylaşdırmaz. Zülal insan bədənində 200 milyard hüceyrə arasında əlaqə materialıdır.
Zülalın orqanizmdə rolu və faydaları:
- Tikinti, qurma, yeniləmə funksiyası - bütün hüceyrələrin əsasıdır. Onlar insanı ətraf mühitin zərərli təsirindən qoruyur, zülal saçların, dırnaqların, dəri, sidik sistemi və bağırsaqların işini idarə edir.
- Müdafiə qabiliyyəti - insanda ehtiyat, kifayət qədər zülal olarsa, immunitet daim yüksək olur. Hər virusdan xəstələnmir.
- Nəqliyyat, daşıyıcı funksiya - zülal sayəsində oksigen, qan, vitamin və digər minerallar dövriyyə edir, daşınır. Qanda hemoqlobin miqdarı da zülaldan asılıdır. Azdırsa deməli zülal da azdır.
- Energetik təsiri - bədəndə zülal az olduqda, yağ, piy və karbohidratlar enerji istehsal etmir, bu da hərarətdən tutmuş hormonlara kimi təsir edir. İnsan halsız olur.
Necə bilməli ki, zülal azdır?
Bu insandan asılı olan və olmayan səbəblərdən baş verir. Sadəcə bu əlamətlərə fikir verin.
- Daim aclıq, yemək istəyi, toxluq hissinin azalması - xüsusən aclığını şirniyyat, un məmulatı ilə ödəyənlərdə baş verir
Orqanizminə qulaq as: əgər o, yumurta, ət, balıq, toyuq kababı istəyirsə, düşünmədən bunları ye
- Tez-tez soyuqdəymə, qrip, xəstəlik olur
- Yaralar, kəsiklər pis və gec sağalır - deməli, toxuma və dərinin bərpası üçün zülal yetmir
- Daim şirniyyat, şirin qida istəyi - Bədəndə zülal çatışmayanda qanda şəkər gah düşür, gah kəskin qalxır. Hətta bunu bəzən diabetlə də səhv salırlar.
- Saçlar, dırnaqlar zəifdir, qırılır
- Bədəndə sümük, əzələ sistemi zəifdir, ağrılar var
Sutkalıq zülal norması çəkiyə uyğun hesablanır. Hər 1,5 kq çəkiyə 2 qram zülal. Zülal yarısı heyvani, digər yarısı bitki qidalardan alına bilər. Yəni 60 kq çəkidə insan 100-120 qram zülal tərkibli qida yeməlidir.
Zülalla zəngin qidalar:
- Yumurta
- Qaraciyər
- Bütün ət məhsulları
- Balıq
- Süd
- pendir, kəsmik, yoqurt
- Paxlalılar
- Göbələk
Əgər defisit varsa, endokrinoloqa müraciət edib, müalicə almalı və rasionu dəyişməlisiz. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
-
Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir
XƏBƏR LENTİ
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
-
DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı
-
"Dr.Gülü"dən yeni şikayət - "Tikişi bağlamayıblar" - (Video)





