Sağlamlıq

Hər gün yumurta yeyənləri gözləyən TƏHLÜKƏ

28 Fevral 2021 21:54
Baxış: 2 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər gün yarım yumurta yemək ölüm riskini 7% artırır.

Milli.Az xəbər verir ki, Çinin Çjeszyan Universitetinin alimlərinin apardığı uzun araşdırmanın nəticələrinə görə, bu, məhsuldakı yüksək miqdarda yağ və xolesterin ilə əlaqədardır.

Tərkibində yumurta sarısı olan hər hansı yemək sağlamlıq üçün təhlükəli sayılır. Alimlərin gəldiyi nəticələrə görə, yumurta sarısının tərkibindəki xolesterin sayəsində gündəlik 300 mq (iki yumurta) istifadəsi ölüm riskini 19% artırır. Təhlükə yalnız yumurta ağı və digər məhsullardan istifadə sayəsində azalır. Yarım yumurtanı bərabər miqdarda qoz-fındıq və ya paxla ilə əvəz etməklə zərərli təsirini önəmli ölçüdə azaltmaq mümkündür.

50-71 yaş arasındakı 521 min 120 amerikalı üzərində aparılan tədqiqat 16 il davam edib. Bütün dövr ərzində 129 min 328 könüllü vəfat edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.