Sağlamlıq

Bu yan təsirləri koronavirusla səhv salmaq olar - XƏBƏDARLIQ

1 Fevral 2021 23:50
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Effektinə görə bu pəhriz digərlərindən heç nəyi ilə üstün deyil. Demək olar ki, eynidir. Bəli, çəkini "azaldır, amma gəlin ziyanlara da baxaq. Keton cisimlərin çoxluğu ağır nəticələr törədə bilər".

Milli.Az xəbər verir ki, bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1"in efirində keto dietanın köməyi ilə arıqlamaq istəyənlərə hansı problemlərlə üzləşəcəkləri barədə açıqlama verib.danışarkən deyib.

O bildirib ki, keto pəhriz zamanı insanlar yalnız yağlarla qidalanırlar, yəni karbohidratları rasiondan çıxarır, az miqdarda da zülal saxlayırlar.

Onun sözlərinə görə, bu rejim zamanı insan soyuqdəyməyə bənzər əlamətlər hiss edə bilər. Bu, əzginlik, yorğunluq, üşütmə, həyəcan hissi, əzələ zəifliyi, yuxusuzluq kimi fəsadlarla özünü büruzə edir. Həmçinin ürək ritmi, bağırsağın işi pozula, nevroloji problemlər yarana bilər.

"Əgər keto pəhrizin bu çətinliklərinə dözərək arıqlamağa gücünüz çatırsa, elə o keto pəhrizsiz də arıqlaya bilərsiniz", - Myasnikov bildirib.

Həkimin fikrincə, arıqlamaq üçün qəbul olunan qidanın kalorisini azaltmaq, fiziki aktiv olmaq və balanslaşdırılmış qaydada yemək kifayətdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.