Sağlamlıq

Nəyə görə koronavirusdan sonra güc tükənir? - Postkovid nə qədər çəkir?

11 Dekabr 2020 23:00
Baxış: 1 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus xəstəliyi özü 14-21 gün arası müddətdə keçsə də, xəstələr uzun müddət yorğunluq, gücsüzlükdən şikayətlənir. Əvvəlki kimi enerjili ola bilmir.

Milli.Az xəbər verir ki, həkim terapevt Andrey Kortunkov bildirib ki, bu halın olması normaldır. Postviral, postkovid sindrom bütün dünyada var.

Səbəbi orqanizmdə baş verən sitokinlərdir. Orqanizm uzun müddət asteniya vəziyyətində olub, infeksiyanın orqanizmdə qalan fəsadları, qalıqları ilə mübarizə aparır. Bu hal əbədi deyil, amma bəzi xəstələr bu dövrü ağır keçirir.

Postviral sindromu tez və rahat keçirmək üçün qaydalar:

1. Çox gəzməyin, uzanın, dincəlin, bədənə dinclik verin, ev işləri, bazar-dükan, işə tez çıxmağa tələsməyin

2. Yaxşı qidalanın - tükənmiş orqanizmi su və yaxşı qida, vitaminlər dirçəldir

3. Gimnastika, nəfəs hərəkətləri, masaj edin

4. Heç bir plan qurmayın, bu sizi yoracaq

Yorğunluq, ağrı,halsızlıq koronavirusdan sonra dalğa-dalğa gəlib keçir. Sakitləşdiricilər için.

Əvvəlki həyata yavaş-yavaş, tədricən qayıdın.

Adətən bu vəziyyət 3-5 ay ərzində tam düzəlir. Əgər 3 aydan sonra da özünüzü pis hiss edirsizsə, kardiloq və terapevtə gedin, analizlər verin. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.