Sağlamlıq

Qışda dərinizi bu möcüzə ilə şaxtadan qoruyun - RESEPT

30 Noyabr 2020 23:50
Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuq hava, şaxta ən çox da dərimizə ziyan vurur. Qış mövsümündə xüsusən də üz dərimiz ikiqat həssaslaşır. Bahalı kosmetoloji prosedurlara qaçmadan üzünüzü təravətləndirən, nəmliyini geri qaytaran bu maskanı istifadə edin.

Milli.Az xəbər verir ki, nəmləndirici maskanı hazırlamaq üçün 1 çay qaşığı qarğıdalı unu, apardığı qədər duzsuz kərə yağı, 1 çay qaşığı zeytun yağı lazım olacaq.

Hazırlanma qaydası və tətbiqi:

Qarğıdalı unu, kərə yağı və zeytun yağını bir kasada qatılaşanadək qarışdırandan sonra 15 dəqiqə gözlədin. Təmiz dərinizə tətbiq edib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə yuyub təmizləyin.

Bu maskanı həftədə bir dəfə tətbiq etmək kifayətdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.