İmtahanqabağı qidalanma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmtahana hazırlaşarkən mütləq qida rejiminə əməl olunmalıdır. Abituriyent bioloji aktiv maddələrlə zəngin qida qəbul etməlidir. Bunlara meyvə, tərəvəz, göyərti, şokolad və mineral elementlər kompleksi daxildir. İntensiv intellektual gərginlikdə bitki dəmləmələri də qəbul etmək vacibdir. Məsələn, qara çörəkotu əsəb sistemini tənzimləyir. Bir fincan qaynar suya 2 çay qaşığı əzilmiş qara çörəkotu əlavə edib içməklə beyin aktivliyini artırmaq olar. Bəzi ayaqüstü qidalardan və qazlı içkilərdən uzaq durmaq məsləhətdir. Gün ərzində 1-2 fincandan artıq kofe qəbul etmək olmaz. Alkoqol, o cümlədən pivə içilməsi normal yuxu ritmini pozur, səbəbsiz pessimizm, yaxud özünü doğrultmayan optimizm təlqin edir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı məlumat verib.
Onun dediyinə görə, qorxu və həyəcandan xilas olmaq üçün kələm salatı, mənfi emosiyaları neytrallaşdırmaq üçün gündə azı 150 qram çiyələk yemək məsləhətdir. Yorğunluğu götürmək və düşüncəni surətləndirmək üçün tərkibi B vitaminlər qrupu ilə zəngin olan ət, balıq, sıyıq, qoz yemək yaxşı nəticə verir.
Həkim-diyetoloq gün ərzində beyini qidalandıran bir resept də təklif edib: "150 qram çəkilmiş alma yarım portağal şirəsi ilə qarışdırılaraq üzərinə 10 ədəd təmizlənmiş qoz ləpəsi və 2 çay qaşığı bal əlavə edilir. Həmin qarışığı qəbul etməklə gün ərzində yorulmadan imtahana hazırlaşmaq olar".
Həmsöhbətimiz onu da qeyd edib ki, imtahana gedərkən doyunca yemək məsləhət deyil. Belə olanda qan dövranı qidanın həzminə yönəlir, beyində heç nə qalmır, yuxulu vəziyyət yaranır. Kofe içməklə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək lazım deyil. Şokoladla yaşıl çay içmək daha yaxşıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
Kəlbəcərdə Bal Festivalı keçirilib - (Foto/Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı





