Bu gənclər arasında koronavirus daha tez yayılır - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stenford Universitetinin (ABŞ) tibb işçiləri gənclər arasında SARS-CoV-2 virusunun yayılmasını izləyərək bu qənaətə gəliblər ki, veyp çəkən və ya onu adi siqaretlə birləşdirən insanlar koronavirusa 5-7 dəfə çox yoluxub. Bu barədə məqalə "Journal of Adolescent Health" nəşrində yer alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Stenford Universitetinin əməkdaşı Şivani Qayxa deyib: "Gənclər və yeniyetmələr düşünürlər ki, bu yaş durumu onları COVID-19 infeksiyasına yoluxmaqdan qoruyur. Lakin bizim əldə etdiyimiz məlumatlar bunun veyp çəkənlər üçün heç də belə olmadığını göstərir. Bu, həm adi siqaret, həm də elektron siqaret çəkənlərə aiddir, özü də bütün hallarda risk çox ciddi şəkildə artır".
Son üç ildə siqaret çəkənlər arasında veyplər geniş yayıldığı üçün tibb işçiləri və bioloqlar bununla maraqlanmağa başlayaraq, elektron siqaretlərdə onun yaradıcılarının söylədikləri müsbət cəhətlərin olub-olmamasını araşdırıblar. Mütəxəssislər veyplərin mənfi cəhətlərini adi siqaretlərin xüsusiyyətləri isə müqayisə edərək klassik tütün məmulatına xas olmayan mənfi keyfiyyətləri öyrəniblər.
Tədqiqatlar göstərib ki, tütün tüstüsü ağciyərlərin sağlamlığına və bütövlükdə insan orqanizminə ziyanlıdır, lakin elektron siqaret də insan həyatını təhdid edir. Onların buxarında müxtəlif toksinlər, kanserogenlər və digər maddələr var ki, nəinki ağciyər xərçənginin yaranma ehtimalını artırır, həmçinin arteriyaların və venaların divarlarını daha kövrək edir.
Şivani Qayxa və onun həmkarları amerikalı gənclər arasında koronavirusun yaranmasına səbəb olan müxtəlif risk amillərini tədqiq edərək, veypin yaratdığı digər təhlükəni müəyyənləşdiriblər. 2020-ci ilin mayında alimlər koronavirus infeksiyası keçirmiş amerikalı qızlar, oğlanlar və onların sağlam həmyaşıdları arasında silsilə sosial sorğular aparıblar, habelə onlar üçün səciyyəvi olan zərərli vərdişləri və xroniki xəstəlikləri araşdırıblar. Tədqiqatda 13-24 yaş arasında dörd mindən çox gənc və yeniyetmə iştirak edib.
Əldə olunan məlumatları təhlil edən alimlər görüblər ki, hər gün veyp çəkən yeniyetmə və gənclər tədqiqata cəlb edilmiş digər iştirakçılardan beş dəfə çox koronavirusa yoluxub və xəstəliyin səciyyəvi simptomlarını hiss ediblər. Tütün və elektron siqaretdən paralel istifadə edənlərdə bu ehtimal yeddi dəfə olub. Beləliklə, veyplər digər risk amillərini, o cümlədən piylənmə və diabeti geridə qoyub. Odur ki, alimlər həm gənclərə, həm də yaşlılara bu cür məhsullardan uzaq durmağı tövsiyə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





