Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər üzrə kafedra müdiri Server Serdaroğlu yeni növ koronavirus epidemiyasından sonra saç tökülməsi probleminin artdığını qeyd edib.
Milli.Az xəbər verir ki, professor mükəmməl genetikaya sahib olan insanlarda bir telin 5-6 il ömrünün olduğunu qeyd edib. Saç ifraz edən kökün daha sonra istirahət mərhələsinə keçdiyini bildirən Serdaroğlu bu müddətin 4 ay davam etdiyini bildirib:
"Hər gün təxminən 70-80 saç teli istirahətə getməli, yəni tökülməlidir. Tökülən saç teli 100-120-dən çox olarsa, problem var deməkdir. Qeyri-sağlam qidalanma, əməliyyat, stress, hormonal disbalans, sürətli köklük, bəzi dərmanlar və daxili orqan xəstəlikləri saç tökülməsinə səbəb ola bilər. Son günlərdə saç tökülməsi ilə əlaqədar klinikalarımıza müraciət edənlərin sayında ciddi artım var. Düşünürəm ki, koronavirus bu sayın artmasına təsir göstərir. Pandemiya dövründə istifadə edilən bəzi dərmanlar saç tökülməsini artıra bilər. Bundan başqa kişilərdə stressdən qaynaqlanan saç tökülməsində də şiddətlənmə var.
Bir çox insan uzun müddət evindən çölə çıxa bilmədi, bəziləri maddi çətinliklə üzləşdi, bəziləri işdən çıxarıldı. Yaşlıların və gənclərin sosial həyatı məhdudlaşdı. Bu müddətdə saç tökülməsinə səbəb ola biləcək bir çox stress faktorları meydana gəldi".
Professor qeyd edib ki, dəmir, fol turşusu, sink, B12 və biotin saçlara təsir edən vitamin və minerallardır:
"Qırmızı ət həftədə 2-3 dəfə yeyilməlidir. Ətin tərkibində həm B12, həm də dəmir var. Göyərti və tərəvəzlərin tərkibində fol turşusu olduğu üçün mümkün qədər çiy halda yeyilməlidir. Balıqda da fol turşusu var". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





