Sağlamlıq

Diyetoloqdan qida rasionu ilə bağlı önəmli tövsiyə

4 İyul 2020 18:00
Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti havada süd, qatıq, kefir, smetan və digər süd məhsullarından sərinləmək üçün çox istifadə edilir. Onlar maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitaminləri olan ağartı məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd və süd məhsulları zülal, lipid, mineral maddə, mikroelement və müxtəlif fermentlərlə də zəngindir. Sümük və əzələlərin möhkəmlənməsində, həzm prosesinin yaxşılaşmasında həmin qidaların əvəzsiz rolu var. Diyetoloqlar ağartı məhsullarını gündəlik rasiona daxil etməyi yaşından asılı olmayaraq hər kəsə məsləhət görürlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı deyib:

"Karantin rejimi şəraitində orqanizm toksin və şlaklarla yüklənib və onları orqanizmdən qovmaq üçün ən səmərəli üsul qatıq və kefir qəbul etməkdir".

Həmin məhsullar nə qədər faydalı olsa da, istehlak zamanı bəzi məqamlara diqqət yetirmək lazımdır. Ağartı məhsulları insan orqanizmi üçün olduqca faydalıdır. Lakin onların istifadə tarixinə fikir vermək lazımdır. Üç gündən çox qalan süd və süd məhsullarının faydası azalır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.