Sağlamlıq

Bu qan qrupları ürək tutmasına səbəb olur - Nadir KƏŞF

30 Avqust 2020 22:40
Baxış: 2 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollandiya alimləri müəyyən ediblər ki, qan qrupu ürək tutması riskinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Nadir kəşfin materialları tematik jurnalda dərc edilib.

Milli.Az xəbər verir ki, 1,3 milyon könüllünün iştirak etdiyi tədqiqat prosesində alimlər II, III, IV (sıralanma xəstəlik riskinin azalması ilə verilib) qan qrupundan olan adamların ürək xəstəliklərinə və qəfil tutmalara daha çox meyilli olduğunu aşkar ediblər. Sağlam həyat tərzi keçirən və zərərli vərdişləri olmayan adamlarda xəstələnmə ehtimalı azdır.

Alimlər qeyd ediblər ki, I qan qrupundan olan adamlar üçün praktik olaraq ürək xəstəliyi qorxusu yoxdur. Risk qrupuna aid adamlar infarkt və digər ürək xəstəliklərindən qaçmaq üçün müntəzəm şəkildə hərtərəfli müayinə olunmalıdırlar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.