Sağlamlıq

Alkoqolun koronavirusa təsiri: alimlər xəbərdarlıq etdilər

26 May 2020 10:04
0 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək spirt tərkibli alkoqollu içkilərin qəbulu koronavirusu öldürmür, əksinə immun sistemə mənfi təsir göstərir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor" (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) məlumat yayıb.

Qeyd olunur ki, qorxu və dezinformasiya alkoqolun koronavirusu öldürəcəyi barədə mifin yaranmasına səbəb olub. Qurum spirtli içkilərdən istifadənin, əksinə insanların xəstəliklərə qarşı həssaslığını artıra biləcəyini vurğulayıb.

"Alkoqol immun sistemə mənfi təsir göstərir və sağlamlıq üçün təhlükə riskini artırır. Odur ki, insanlar istənilən vəziyyətdə, xüsusən də COVID-19 pandemiyası şəraitində alkoqol istifadəsini minimuma endirməlidir", - qurumdan bildirilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.