Sağlamlıq

Orqanizmin həyati əhəmiyyətli göstəricilərini qeydə alan sensorlar təqdim edildi

24 Aprel 2020 21:50
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni sensorlar orqanizmin həyati əhəmiyyətli göstəricilərini qeydə alırlar.

Tədqiqatçılar əmindirlər ki, bu qurğuların böyük şəbəkəsi növbəti pandemiyanın öhdəsindən gəlməkdə önləyici rol oynayacaq.

Milli.Az "ICTnews"-a istinadən bildirir ki, "Hightech.Massaçusets Texnologiya İnstitutunun (MTİ) mütəxəssisləri tərəfindən hazırlanmış yeni yüngül sensor istənilən parça növünə, həmçinin idman geyimlərinin istehsalında istifadə olunan poliesterə inteqrasiya edilə bilər. Bu sensor orqanizmin həyati əhəmiyyətli göstəricilərinə (bədənin hərarəti, ürək ritmi və nəfəs tezliyi) daima nəzarət edə bilər.

Yeni qurğunu səhiyyədə, idman sahəsində və astronavtların vəziyyətinə nəzarət üçün tətbiq etmək istəyirlər. MTİ-nin tədqiqatı qismən NASA və kosmik məkanın tədqiqi üzrə "MIT Media Lab" tərəfindən maliyyələşdirilib. Lakin alimlər qurğunun potensialının daha geniş olduğunu bildiriblər. Bu, xüsusilə koronavirusun yayılması dövründə daha aktualdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.