Sağlamlıq

Televizora baxmaq ürək çatışmazlığı xəstəliyi əmələ gətirir

24 Aprel 2020 21:54
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandlı mütəxəssislər televizoru həddən artıq izləməyin ürək-damar sisteminə mənfi təsirini sübuta yetiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bu araşdırma məqsədilə Britaniyada 40 yaşından 69 yaşadək təqribən 500 min insan barədə tibbi məlumatların toplandığı "UK Biobank" bazasından istifadə ediblər.

Alimlər aşkarlayıblar ki, müxtəlif cür oturaq tərzdə vaxt keçirmələr özündə ayrı-ayrı risklər daşıyır. Anketlərə görə, tədqiqat iştirakçıları televizor qarşısında gündə orta hesabla 2,8 saat, kompüter qarşısında isə 1 saat vaxt keçiriblər. 6 il ərzində 12,5 min nəfərdə ürəyin işemik xəstəliyi əmələ gəlib. Bu xəstələrin əksəriyyəti televizora baxmağı xoşlayanlardan ibarət olub. Kompüterdən istifadədə və avtomobil sürmədə bu əlaqələr müşahidə edilməyib.

Həkim-ekspertlərin sözlərinə görə, ürəyin və damarların sağlamlığı üçün Aralıq dənizi pəhrizi daha münasibdir. Xroniki iltihablarla mübarizədə sarımsaq və zeytun yağı kömək edir. Bu ərzaqların tərkibi orqanizmə ümumi sağlamlıq effekti verən allitsin və oleokantal maddələri ilə zəngindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.